Cəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldı

Cəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldı"Ramazan ayında Leyla Əliyeva və Arzu Əliyevanın 1500-dən çox şəhid anası və şəhid ailəsi ilə görüşü onlara böyük təsəlli oldu, bu görüş qəlbləri isindirən unudulmaz anlarla yadda qaldı."
azxeber.com xəbər verir ki, bu sözləri Musavat.com-a "Mənim oğlum qəhrəmandır", "Mənim atam qəhrəmandır" layihəsinin rəhbəri, Prezident təqaüdçüsü Cəlal Qurbanov deyib.
"Şəhidlər – azadlığımızın, suverenliyimizin əbədi keşikçiləridir. Onların ailələri isə bizə əmanətdir. Bu müqəddəs Ramazan ayında və Novruz bayramı günlərində şəhid analarına, şəhid övladlarına göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, onların fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaq. Beş ildir ki, həyata keçirilən "Mənim Oğlum Qəhrəmandır" və "Mənim Atam Qəhrəmandır" layihələrinin əsas məqsədi təkcə şəhid ailələrinə mənəvi dayaq olmaq deyil, həm də Vətən uğrunda canını fəda edən igidlərimizin adını yaşatmaqdır. Bu layihələr hər şeydən əvvəl milli birliyimizin təcəssümüdür. Heydər Əliyev Fondunun dəstəyi ilə son iki həftə ərzində keçirilən tədbirlər – şəhid anaları üçün təşkil olunan 8 Mart iftar süfrələri və "Şahdağ" Turizm Mərkəzində şəhid övladları üçün təşkil edilən Novruz şənlikləri bu vəhdətin ən gözəl nümunəsi oldu." -, deyə layihə rəhbəri qeyd edib.
Cəlal Qurbanovun sözlərinə görə, bu tədbirlər sayəsində Azərbaycanın müxtəlif bölgələrindən gələn 1200-dən çox şəhid ailəsi bir araya gəldi. Onlar bir-birilərinə təsəlli verdi, dövlətin qayğısını, millətin ehtiramını hiss etdilər:
"Bu tədbirlərin ən duyğulu anlarından biri isə məhz martın 4-də və 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın şəhid anaları ilə görüşü oldu. Onların hərarətli qucağı, səmimi sözləri anaların qəlbinə işıq saçdı.
"Siz tək deyilsiniz, Vətən sizə borcludur!" – bu sözlər sadəcə təsəlli deyildi, bu, şəhid ailələrinin göz yaşlarını qürurla silən, onların yaralarını Vətən sevgisi ilə sarıyan ümid işığı idi. Leyla və Arzu Əliyevalar şəhid analarının göz yaşlarını silərkən, onların dərin kədərini qürura çevirməyə çalışarkən, həmçinin "Şahdağ"da şəhid övladları ilə Novruz bayramını qeyd edərkən bir daha göstərdilər ki, bu ailələr hər zaman dövlətin, millətin diqqətindədir. "Mənim Oğlum Qəhrəmandır!" və "Mənim Atam Qəhrəmandır!" layihələrinin rəhbəri Cəlal Qurbanov, beş ildir ki, bu layihələrə dəstək verən, şəhid ailələrinin hər zaman yanında olan Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərova şəhid ailələri adından dərin minnətdarlığını bildirdi."
"Cənab Prezidentin ailə üzvlərinin şəhid ailələrinə göstərdiyi qayğı, sevgi, diqqət əvəzedilməzdir!" – deyə vurğulayan Cəlal Qurbanov, Anar Ələkbərovun sözlərini xatırladaraq qeyd etdi ki, "Biz şəhid analarını və şəhid balalarını qorumalıyıq!"
"Bu müqəddəs missiya bir vətəndaş borcu olmaqla yanaşı, mənəvi dəyərdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələri daim ehtiramla yad edilməli, onların qurbanları heç zaman unudulmamalıdır. Bu layihələrin davamlı həyata keçirilməsində, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatələnməsində böyük dəstək olan Heydər Əliyev Fonduna və onun icraçı direktoru Anar Ələkbərova bir daha dərin minnətdarlığımı bildirirəm. Bu layihə birlik layihəsidir! O, xalqımızın həmrəyliyini, şəhid ailələrinə olan ehtiramını və Vətən sevgisini özündə birləşdirir." - deyə Prezident təqaüdçüsü bildirdi. 
WhatsApp Image 2025-03-28 at 01.00.31 (2).jpeg (59 KB)
Tanınmış nəğməkar şair, böyük layihələrin müəllifi qeyd etdi ki, biz birlikdə daha güclüyük və şəhidlərimizin əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur: "Birlik, sadəcə bir araya gəlmək deyil, eyni ürək döyüntüsü ilə yaşamaq, eyni dəyərləri qorumaqdır. Bu birlik bizim millət olaraq gücümüzdür, şəhid ailələrinə verdiyimiz mənəvi dayaqdır. Bəli, biz şəhid əmanətlərini qorumalıyıq! Onların hər biri bizə Vətənin müqəddəs yadigarıdır və bu yadigarları yaşatmaq, onlara sahib çıxmaq bizim ən ümdə vəzifəmizdir. Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsi hər zaman bizimlədir, və onların ruhu əbədi yaşayacaq!"

Cəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldıCəlal Qurbanov: 'Bu görüşlər qəlbləri isidən unudulmaz anlarla yadda qaldı

Sosial       Tarix: 28 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri xeberler son xeberler bugun 2026 azerbaycan en son xeberler