Cəlilabadda azyaşlını vuran sürücü saxlanıldı - YENİLƏNİB
Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib ki, Cəlilabad rayon sakini Ş.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə rayonun Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən azyaşlını vurub.
Məktəbli xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.
İddia edildiyi kimi sürücü hadisə yerindən yayınmayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
20:13
Cəlilabadda, azyaşlı piyadanı vuran avtomobil, hadisə yerindən qaçıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında baş verib.
Hələ ki, avtomobilin sürücüsü müəyyən olunmayıb.
2014-cü il təvəllüdlü Əli Elvin oğlu Novruzzadə ağır vəziyyətdə ətrafdakı şəxslərin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. Avtomobilin və sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır