Cəlilabadda bazarla birlikdə 3 mərtəbəli restoran da yanıb
Cəlilabad rayonunun Göytəpə şəhərində bu gün bazarla birgə 3 mərtəbəli restoran da yanıb.
KONKRET.az xəbər verir ki, ilkin ehtimala görə, yanğın əvvəlcə sahəsi 360 kvadratmetr olan 3 mərtəbəli restoranda baş verib. Nəticədə restoran tamamilə yanıb.
Sonra alov 700 kvadratmetr ərazisi olan bazara keçib. Nəticədə bazarın 300 kvadratmetri və 20-yə yaxın mağazası yanıb. Güclü yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Ümumilikdə hadisə yerində 10 yanğınsöndürən avtomobil (3 avtomobil Cəlilabad rayon yanğından mühafizə hissəsi, 2 avtomobil Göytəpə şəhər yanğından mühafizə bölməsi, 2 avtomobil Masallı rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Biləsuvar rayon yanğından mühafizə hissəsi, 1 avtomobil Salyan rayon yanğından mühafizə hissəsi və 1 avtomobil N saylı hərbi hissəyə məxsus avtomobil) və rayon icra hakimiyyətinin 1 su maşını çalışıb.
Yanğın zamanı zərər çəkən 2 nəfər hadisə yerində olan təcili tibbi yardıma müraciət edib.
Hazırda hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün təhqiqata başlanılıb."Report"

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR