Cəlilabadda intihar edən şəxs qazi olub? - AÇIQLAMA
Sosial şəbəkələrdə Əzizov Səlamət Yaşar oğlunun intiharı ilə bağlı məlumat yayılıb. Onun Vətən müharibəsi iştirakçısı olduğu iddia edilib.
Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, Cəlilabad rayonunun Mikayıllı kəndində qeydiyyatda olan, lakin Uzuntəpə kəndində yaşayan, 2002-ci il təvəllüdlü Əzizov Səlamət Yaşar oğlu Uzuntəpə kəndində yaşadıqları evin həyətində intihar edib:
KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səlamət Əzizov ikinci Qarabağ müharibəsində iştirak etməyib. Mərhumun intihar etməsinin səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Əlavə olaraq bildiririk ki, Səlamət Əzizov işi ilə əlaqədar Bakı şəhərində qardaşları ilə birlikdə yaşayıb və bir həftəyə yaxın müddətdir ki, Cəlilabad rayonuna anasının ziyarətinə gəlmişdi. İndiyə qədər onun rayon icra hakimiyyətinə heç bir müraciəti daxil olmayıb. Ölkəmizdə fəaliyyət göstərən bir sıra sosial şəbəkə istifadəçilərindən və xəbər saytlarından mərhumun yaxınlarına hörmət əlaməti olaraq həqiqəti əks etdirməyən məlumatları yaymamağı xahiş edirik".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu