Çempionlar Liqası: Flaqman Tbilisi "Dinamo"suna qarşı
"Neftçi" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Publika.az xəbər verir ki, flaqman Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.
Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər iştirak edəcəklər. "Neftçi"nin oyununa stadionun ümumi tutumunun 50 faizi qədər fanat buraxılacaq.
Komandalar arasında Tbilsidəki ilk qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mənada Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.
Bu, "Neftçi"nin Çempionlar Liqasında yubiley - 20-ci matçı olacaq. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran "Neftçi" qapısında 33 top görüb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
21:00. "Neftçi" - "Dinamo" (Tbilisi, Gürcüstan)
İlk oyun - 2:1
Hakimlər: Dumitri Muntean, Vlad Lifçu, Vadim Vikol, Qabriel Tupiçika (Moldova)
Bakı, "Bakcell Arena" stadionu
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una rəqib olacaq.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır