Çempionlar Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində hər hansı itki yoxdur. Qonaqlardan isə polşalı müdafiəçi Bartoş Salamon zədə səbəbindən matçı buraxacaq.
"Köhlən atlar" Poznandakı ilk qarşılaşmada rəqibinə minimal hesabla uduzub – 0:1.
Çempionlar Liqası, I təsnifat mərhələsi
Cavab oyunu
12 iyul
20:00. "Qarabağ" – "Lex" (Polşa)
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə)
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq. Uduzan komanda isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlub olan tərəfi ilə üz-üzə gələcək.
/konkret.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu