Çempionlar Liqasında tarixi rekordlar qeydə alındı - STATİSTİKA

Çempionlar Liqasında tarixi rekordlar qeydə alındı - STATİSTİKAUEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turuna yekun vurulub.
KONKRET.az"Report"a istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən gün E, F, G və H qrupunda keçirilən oyunlardan sonra maraqlı statistik göstəriciləri açıqlayıb.
Baş tutan qarşılaşmalar bəzi tarixi rekordlarla yadda qalıb.
– Fransa klubu PSJ-ni üstələyən İngiltərə təmsilçisi "Nyukasl" (4:1) Çempionlar Liqasında ən böyükhesablı qələbəsini qazanıb. Bu həm də parislilərin 2004-cü ildən bəri qrupdakı ən böyükhesablı yenilgisidir. Fransızlar həmin vaxt İngiltərənin "Çelsi" klubuna 0:3 hesabı ilə uduzmuşdular. PSJ ÇL-də sonuncu dəfə 2017-ci ildə 4 və daha çox qol buraxıb. Komanda 2016/2017 mövsümünün 1/8 final mərhələsində İspaniya "Barselona"sına 1:6 hesabı ilə məğlub olmuşdu.
– PSJ-nin baş məşqçisi Luis Enrike son 3 səfər matçının hamısında komandasının 3 və daha çox qol buraxmasına üzülüb. Onun rəhbərliyi altında 2017-ci ildə "Barselona" rəqib meydanında PSJ-yə 0:4, İtaliyanın "Yuventus" komandasına isə 0:3 hesabı ilə yenilib.
– İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden ÇL-in ardıcıl 6 fərqli mövsümündə qol vurmağı bacarıb. İndiyə qədər cəmi 9 ingilis oyunçu bunu bacarıb. Ancaq heç biri bu göstəriciyə gənc yaşda nail olmayıb.
– Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə qolsuz bərabərə qalan İtaliya "Milan"ı I turda da eyni nəticə ilə yadda qalmışdı. "Rossonyerlər" turnirin ilk iki matçında qolsuz heç-heçə edən 4-cü komanda olub. Ona qədər 1993/1994 mövsümündə "Qalatasaray" (Türkiyə), 2002/2003-də AEK (Yunanıstan), 2005/2006-da isə "Vilyarreal"ın (İspaniya) ilk iki matçında qol qeydə alınmayıb.
– "Milan" ÇL-də ardıcıl 4 oyundur qol vurmur. Bu, onların turnir tarixində ən uzun qolsuzluq seriyasıdır.
– İspaniyanın "Atletiko" klubu doğma meydanda Niderland təmsilçisi "Feyenoord" önündə 1:2 hesabı ilə geri düşsə də, sonda 3:2-lik qələbə qazanıb. Madridlilər ikinci dəfə bu şəkildə geridönüş etməyi bacarıb. İlk dəfə 2020-ci ildə "Zaltsburq"la (Avstriya) matç eyni ssenari ilə keçib.
– "Feyenoord"la qarşılaşmada "Atletiko"nun hücumçusu Alvaro Morata dubla imza ataraq, ÇL-də ümumi qol sayını 25-ə çatdırıb. O, 1955-ci ildən bəri baş tutan turnir tarixində 25 qol həddini keçən 4-cü ispaniyalıdır. Daha əvvəl Raul Qonsales (71 qol), Fernando Moryentes (39), Pako Gento (31) bunu bacarıblar.
– Tarixdə ilk dəfə 4 yaponiyalı futbolçu Çempionlar Liqasının bir oyununda start heyətində meydana çıxıb. "Seltik" (Şotlandiya) – "Latsio" (İtaliya) qarşılaşmasında meydan sahiblərinin heyətində Reo Hatate, Hyun-Yun Yan və Kyoqo Furuhaşi, qonaqlarda isə Daiçi Kamada ilk dəqiqələrdən mübarizə aparıblar.
– II turun 8 oyununda ilk qolu buraxan komanda sonda qalib gəlib. Turnir tarixində ilk dəfə bir mərhələdə bu qədər geridönüş olub.

İdman       Tarix: 05 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber son.xabar valyuta mezenesi xeberlər