Cennifer Lopez Azərbaycanda konsert verə bilər

Cennifer Lopez Azərbaycanda konsert verə bilər"Enrike İqlesias, Cennifer Lopez və Riki Martinlə danışıqlar aparılır".
Media.az-ın məlumatına görə, bunu müğənni, Azərbaycanın Xalq artisti Emin Ağalarov iyulun 23-dən 28-dək Xəzər dənizinin sahilindəki "Sea Breeze Resort"da keçiriləcək "DREAM FEST 2024"ə həsr olunmuş mətbuat konfransında deyib.
"Bu yay üçün kiminsə təsdiqlənəcəyinə əmin deyiləm, amma ümid edirəm ki, onlardan biri gələ biləcək. Gələn yay bizdə Lenni Kravitz olacaq. Sənətçilər yüksək səviyyəlidirlər, bir-iki il öncədən işlərini planlaşdırırlar. Bu, çətin prosesdir", - deyə Xalq artisti bildirib.
E.Ağalarovun sözlərinə görə, bu il üçün Ceyson DeRulo, Cek Savoretti və bəzi digər ulduzların da adı təsdiqlənib.
"Siyahı daha sonra açıqlanacaq. Deyə bilərəm ki, dünyanın hər yerindən ifaçılarımız var", - o qeyd edib.
E.Ağalarov onu da bildirib ki, populyar musiqi tarixinin ən uğurlu prodüserlərindən biri kimi tanınan kanadalı müğənni və klaviatura ifaçısı Devid Fosterin gecəsi çərçivəsində Nikol Şerzinger və Ketrin Makfi ilə duet oxumağı planlaşdırır. Tədbir musiqi festivalı çərçivəsində baş tutacaq.
"Sənətçilər Fosterin hazırladığı mahnıları ifa edəcəklər", - E.Ağalarov vurğulayıb. / azxeber.com

Şou Biznes       Tarix: 22 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə

Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Asla

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini Axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:. "Atamın vəsiyyət

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 xeber az xankendi son.xabar