Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatdı

Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatdıCənubi Afrika Respublikasının (CAR) Kvazul-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 443-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli INC telekanalı məlumat yayıb.
Daha 63 nəfər itkin düşmüş hesab edilir. Ən çox ölüm halı (350-dən çox) inzibati mərkəzi Durban şəhəri olan İtekvini bələdiyyə rayonunda təsdiqlənib.
Əyalətdə 4 mindən artıq inzibati bina və ev tamamilə dağılıb. Bir çox avtomobil yolları və dəmir yolları su altında qalıb, onlarla körpü uçub. Əksər ərazilərdə hələ də elektrik enerjisi, mobil rabitə və içməli su yoxdur. Yüzlərlə məktəbdə təhsil dayandırılıb, bir çox mağaza və bank filialları işləmir.
Kvazul-Natal hökumətinin iqtisadi inkişaf, turizm və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Ravi Pillaide bildirib ki, daşqınların əyalətə vurduğu ziyan 10 milyard randı (680 milyon dollar) ötüb.
Cənubi Afrikada iki günlük fasilədən sonra leysan yağışları yenidən başlayıb, sinoptiklərin proqnozlaşdırdığı kimi, aprelin 19-dək davam edəcək. Yüksək daşqın təhlükəsi ilə əlaqədar dörd əyalətdə xəbərdarlıq edilib.

Hadisə       Tarix: 18 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ailəsi meyitini buradan tapdı - Beyləqanda müəmmalı ÖLÜM

Beyləqanda kişi meyiti tapılıb. xəbər verir ki, hadisə Yuxarı Aran kəndində qeydə alınıb. 56 yaşlı Hüseynov Habil Mənsim oğlunun meyitini ailə üzvləri yaşadığı evin həyətindəki köməkçi tikilidə aşkarlayıblar Onun hansı səbəbdə

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. KONKRET.azbildirir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanov

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Madridin oyuncaq mağazalarının birində satışa çıxarılan yeni oyun seti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. -ın məlumatına görə, Avropada yaşayan həmyerlimizin "Facebook"da paylaşdığı təsvirlərdə Azərbayca

Artezian quyusu qazırdı, başına boru düşdü

Astara rayonunun Təxtənəkəran kəndində artezian quyusunun qazılması zamanı bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Təxtənəkəran kəndində baş verib. Məlumata görə, Cəlilabad rayonunu

12 yaşlı oğlan faciəvi şəkildə öldü

Füzuli rayonunda 12 yaşlı oğlan atdan yıxılaraq ölüb. APA-ya istinadən zəbər verir ki, hadisə Zobucuq-5 qəsəbəsinin ərazisində baş verib. Qarğabazar kənd sakini 2014-cü il təvəllüdlü R.N. avqustun 14-də atdan yıxılaraq xətəxanay

4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb. KONKRET.azxəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadis

Mərmərə dənizində Türkiyə bayraqlı gəmi toqquşdu - biri batdı

Silivri sahillərində batan gəmidən hələlik sağ çıxan yoxdur. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlu qeyd edib ki, qəza ilə bağlı ilk çağırı

ƏƏSMN-in əməkdaşı ürəktutmasından vəfat etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin İqtisadiyyat şöbəsinin müdir müavini Ruslan Şahvəli oğlu Əliyev dünyasını dəyişib. Məlumat

50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı

Göygölün Üç Təpə kəndində kişi meyiti tapılıb. xəbər verir ki, 1976-cı il təvəllüdlü Fədail Hüseynovun meyiti yaşadığı evdə aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkraşları cəlb olunub. Faktla bağlı Göygö


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər dunyada son xeberler son.xeberler hava