Cənubi Koreya Türkiyədə dörd nüvə reaktoru tikməyi PLANLAŞDIRIR
Cənubi Koreyanın Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Çunq Sunq İl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezə ölkədə ümumi dəyəri 30 milyard dollardan çox olan dörd nüvə reaktorunun tikintisi üçün ilkin ərizə təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya şirkətinin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, sənədlərdə layihənin həyata keçirilməsi üçün müfəssəl plan öz əksini tapıb.
Məlumata görə, KEPCO bu il müqaviləni imzalamaq niyyətindədir.
Qeyd edək ki, 2022-ci ildə Cənubi Koreya şirkəti Türkiyə hökuməti ilə ölkənin şimalında atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başlayıb. Reaktorlar 1400 MVt elektrik enerjisi istehsal edəcək.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var