Ceyhun Bayramov ABŞ-ın Azərbaycan icması üzvləri ilə görüşdü - FOTO
Ceyhun Bayramov ABŞ-ın Azərbaycan icması üzvləri ilə görüşdü - FOTO
Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfərinin sonunda ABŞ-ın Azərbaycan icması fəalları ilə görüş keçirib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Vaşinqtondakı səfirliyində təşkil olunmuş tədbirdə nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü, mövcud vəziyyət, azərbaycanlı mülki əhalinin, Gəncə, Mingəçevir, Tərtər və digər yaşayış məntəqələrinin hədəf alınması, dinc insanlar arasında çoxsaylı itkilərin olması haqqında söz açıb.
Qeyd olunub ki, sülh danışıqları prosesində ciddi irəliləyiş əldə edilməyib və son iki ildə Nikol Paşinyan hökumətinin destruktiv siyasəti nəticəsində danışıqlar kifayət qədər pozulub. Nazir deyib ki, 2019-cu ilin avqust ayında Ermənistanın müdafiə naziri ABŞ-ın erməni icma üzvləri ilə görüşdə "yeni ərazilər üçün yeni müharibə" prinsipini təbliğ edərək, rəsmi Yerevanın təcavüzkar davranışının davam etməsini aydın nümayiş etdirib.
Nazir Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasını xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Ermənistanın işğalçı siyasəti nəinki Azərbaycan, bütün region üçün təhlükədir. Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb. ABŞ-ın Azərbaycan icmasının Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının vacibliyi qeyd olunub. Nazir icma üzvlərinin informasiya müharibəsində fəallıq göstərdiklərinə görə təşəkkürünü bildirib.



Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına