Ceyhun Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı baş tutub.
KONKRET.azxəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb.
13 sentyabr tarixində əldə olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfinin razılığı pozaraq mövqelərimizə hücum etməkdə davam etdiyi, hərbi qulluqçularımızın həlak olduğu vurğulanıb. Azərbaycanın yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq verdiyi və hərbi birləşmələrini hədəf aldığı qeyd edilib. Ermənistanın qeyd-şərt olmadan atəşkəsə əməl etməsinin, təxribatlardan çəkinməsinin və problemlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu bildirilib.
Karen Donfrid bölgədə artan gərginlikdən narahatlığını diqqətə çatdırıb, ABŞ tərəfinin hərbi əməliyyatların dərhal dayandırılacağını və atəşkəsə əməl olunacağını gözlədiyini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı