SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.
azxeber.com xəbər verir ki, SOCAR və "ExxonMobil" şirkəti arasında imzalanmış "Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi"nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz "ExxonMobil" olmaqla bölüşdürüləcək. Layihənin operatoru "ExxonMobil" şirkəti olacaq.
Mərasimdə SOCAR, XRG və "TotalEnergies" şirkətləri arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadilə edilib. Yatağın tammiqyaslı işlənməsi üzrə görüləcək işlər çərçivəsində əlavə quyuların qazılması, eləcə də yeni emal infrastrukturunun yaradılması yatağın resurs potensialının səmərəli işlənməsinə və ümumi hasilat əmsalının qabaqcıl beynəlxalq qaz layihələri ilə oxşar səviyyəyə çatdırılmasına imkan verəcək.
SOCAR ilə "Comstock Resources" şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə tərəflər "Comstock"un iştirak payına aid olan və "Haynesville" şist aktivlərindən hasil edilən təbii qazın mayeləşdirilərək (LNG) SOCAR tərəfindən ABŞ-dan kənar beynəlxalq bazarlarda satış imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq edəcəklər. Şirkətlər potensial alıcıların müəyyənləşdirilməsi, qiymət formalaşdırma mexanizmlərinin dəyərləndirilməsi, eləcə də bu cür beynəlxalq satış mexanizmləri ilə bağlı logistika və tənzimləyici məsələlərə diqqət ayıracaqlar.
SOCAR ilə "Apollo" şirkəti arasında "upstream" işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu "Apollo"nun idarə etdiyi fondlar tərəfindən SOCAR-ın "upstream" işlənmə və hasilat layihələrindəki paylarına mümkün investisiyanın qiymətləndirilməsi və strukturlaşdırılması, bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamanın aparılması və yekun sazişlərin hazırlanması məsələlərini nəzərdə tutur.
SOCAR ilə "Securing Energy for Europe GmbH" (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir. Sənəd təbii qaz üzrə uzunmüddətli tərəfdaşlığı, eləcə də bununla əlaqədar infrastruktur və tənzimləyici məsələləri nəzərdə tutur. Tərəflər enerji keçidi, habelə hidrogen və onun törəmələri üzrə elmi-texniki məsələlər ilə bağlı da əməkdaşlıq edəcəklər.
Azərbaycanda "Oracle Alloy" platformasının tətbiqi ilə bağlı sənədə görə isə "Caspian Mind AI" Azərbaycanda Oracle Alloy operatoru olacaq və bu, şirkətə yerli səviyyədə idarə olunan bulud infrastrukturu vasitəsilə suveren "Oracle" bulud infrastrukturu xidmətləri təqdim etməyə imkan verəcək. "Caspian Mind AI" "Oracle"ın bulud texnologiyalarından və əməliyyat təcrübəsindən yararlanmaqla müştərilərlə münasibətləri, satış proseslərini və müştəri dəstəyinin müəyyən istiqamətlərini idarə edəcək.
Tədbir çərçivəsində SOCAR ilə İtaliyanın Eni S.p.A. şirkəti arasında Kot-d"İvuar Respublikasında yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10% iştirak payının əldə olunması Əməliyyatının Tamamlanmasına dair Protokol da mübadilə edilib.
Əməliyyatın tamamlanması nəticəsində "Baleine" layihəsində iştirak payları "Eni" üzrə 37,25%, "Vitol" üzrə 30%, "Petroci" üzrə 22,75% və SOCAR üzrə 10% təşkil edir. Bu satınalma SOCAR-ın Afrikanın "upstream" sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal "upstream" fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.

Siyasi       Tarix: 26 sentyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeber en yeni xeberler sou xeberler bugun kriminal bugun