Ceyhun Bayramov: "Ermənistan öhdəliklərini hələ də yerinə yetirmir
"Üçtərəfli bəyannamə region üçün yeni imkanlar yaradıb, lakin Ermənistan öhdəliklərini yerinə yetirməməkdə davam edir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda bildirib.
"44 günlük müharibə böyük zəfərlə başa çatdı. Üçtərəfli bəyannamə region üçün yeni imkanlar yaratdı, yeni postmünaqişə dövrünə qədəm qoyduq. Bütün ağrı-acılara baxmayaraq, Azərbaycan tərəfi Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazır olduğunu ifadə edib. Lakin təəssüf ki, Ermənistan öz öhdəliklərini hələ də yerinə yetirmir",- XİN rəhbəri deyib.
Onun sözlərinə görə, hazırda ən əsas məsələ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, orada yaşayacaq insanların təhlükəsizliyinin təmin edilməsidir və bu baxımdan əsa sproblem bu ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır.
XİN rəhbəri Azərbaycanın 2020-ci ilin noyabr ayından sonra itkilər verdiyi, insanların mina partlaması səbəbindən həlak olduğu bir zamanda, Ermənistanın mina sahələrinin xəritələeinin verilməsi ətrafında oyunlar oynamağa davam etdiyini vurğulayıb: "Bundan başqa, Birinci Qarabağ müharibəsi zamanı da 3000-dən çox insan itkin düşüb. Görülən bütün tədbirlərə baxmayaraq, Ermənistan hələ də onlar haqqında heç bir məlumat təqdim etməyib".
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var