Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər
"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin azad edilməsi ilə nəticələndi".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:
"Azərbaycan Ordusu Şuşa da daxil olmaqla çoxsaylı yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Bununla regionda uzun illər mövcud olmuş hərbi-siyasi status-kvo əsaslı şəkildə dəyişdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ başa çatdı".
Politoloq vurğulayır ki, vətən müharibəsinin nəticələri Azərbaycanın sonrakı siyasi və hərbi gündəmini də müəyyənləşdirdi.
"Müharibədən sonra əsas istiqamətlər azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin və infrastrukturun bərpası, məcburi köçkünlərin qayıdışının təşkili, sərhədlərin müəyyənləşdirilməsi və Ermənistanla münasibətlərin normallaşdırılması oldu. Eyni zamanda Qarabağda qalan qanunsuz silahlı birləşmələr və Azərbaycanın konstitusiya quruluşunun bütün ərazilərdə tam təmin olunması məsələsi açıq qalırdı. 19–20 sentyabr 2023-cü ildə keçirilən lokal antiterror tədbirlərindən sonra həmin silahlı birləşmələrin tərksilah edilməsi və konstitusiya quruluşunun bərpası ilə Azərbaycan hökuməti ölkənin suverenliyinin tam təmin olunduğunu bəyan etdi. Beləliklə, 2020-ci il Vətən müharibəsi təkcə hərbi qələbə deyil, sonrakı illərdə Azərbaycanın Qarabağ üzərində tam dövlət nəzarətinin bərqərar olmasına aparan prosesin əsas dönüş nöqtəsi oldu".
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı