Ceyhun Bayramov fəaliyyətləri başa çatan Avstriya və Almaniya səfirləri ilə görüşdü

Ceyhun Bayramov fəaliyyətləri başa çatan Avstriya və Almaniya səfirləri ilə görüşdüXarici işlər naziri Ceyhun Bayramov Avstriyanın ölkədəki səfiri Bernd Aleksandr Bayerli ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Avstriya səfirinə Azərbaycanda fəaliyyəti müddətdə iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nazir, iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib və bu xüsusda Avstriyalı həmkarı ilə apardığı fikir mübadilələrinə istinad edib.
Səfir Bernd Aleksandr Bayerl Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, fəaliyyəti dövründə pandemiya səbəbindən münasibətlərdə müəyyən durğunluq müşahidə edilsə də, hazırda əlaqələrin daha da inkişafı üçün yeni imkanların olduğunu vurğulayıb. Səfir, Azərbaycanın bölgədəki sabit ölkə və etibarlı tərəfdaş olduğunu qeyd edib.
Tərəflər, iki ölkə arasında bir sıra, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi potensialını qeyd ediblər.
Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov səfir Aleksandr Bayerlə ən xoş arzularını çatdırıb.
Azərbaycanın XİN başçısı həmçinin, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazir Ceyhun Bayramov Almaniya səfirinə Azərbaycanda uğurlu fəaliyyətinə və bu müddətdə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Volfqanq Maniqin Azərbaycan üçün çox önəmli bir dövrdə diplomatik fəaliyyət göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, Almaniyanın hər zaman Azərbaycanın suverenlik və ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyi məmnunluqla vurğulayıb.
Səfir Volfqanq Maniq xarici siyasət sahəsində sonuncu diplomatik fəaliyyətinin Azərbaycanda olduğunu qeyd edib və ölkədən xoş təəssüratlarla ayrıldığını bildirib. İki ölkə arasında əlaqələrin xüsusi olduğunu bildirən səfir, bir çox sahələrdə birgə maraqların olduğunu söyləyib.
Tərəflər iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin bölgədəki cari münaqişə sonrası vəziyyət müzakirə edilib, münasibətlərin normallaşmasının, sülh dialoqunun davam etməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov səfir Volfqanq Maniqə sonda bir daha xoş arzularını çatdırıb.

Siyasi       Tarix: 25 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbərlər son xeberler bu gun son xəbərlər azərbaycanda son xeberler bugun 2026 azerbaycan