Ceyhun Bayramov Fransa səfiri ilə görüşdü - FOTO
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
KONKRET.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
Fransa səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir, səfir Zakari Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi vurğulanıb. Nazir, xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini vurğulayıb.
Səfir Zakari Qross Azərbaycanda fəaliyyətini məmnunluqla qeyd edib. Səfir, iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.
Nazir, minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib. Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər, ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA