Ceyhun Bayramov İran Prezidenti ilə görüşdü - FOTO

Ceyhun Bayramov İran Prezidenti ilə görüşdü - FOTOBu gün  İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
KONKRET.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib.
Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.
Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.
Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib.
Ceyhun Bayramov İran Prezidenti ilə görüşdü - FOTOCeyhun Bayramov İran Prezidenti ilə görüşdü - FOTO

Siyasi       Tarix: 04 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri iqtisadiyyat xeberleri bugun futbol xeberleri cəbhədən son xeber