Ceyhun Bayramov İspaniyanın xarici işlər naziri ilə görüşdü

Ceyhun Bayramov İspaniyanın xarici işlər naziri ilə görüşdüAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, görüşdə, Azərbaycan və İspaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.
C.Bayramov, iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar, turizm və s. sahələr üzrə əməkdaşlıq gündəliyindən bəhs edərək, əlaqələrin inkişafı perspektivlərinin geniş olduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında alternativ enerji resurslarının inkişafı sahəsində də əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.
İkitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, eləcə də siyasi dialoqun gücləndirilməsi baxımından təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.
Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bölgədə bərpa, quruculuq və sülh səyləri barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarının, mina təhdidini davam etdirməsinin sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardan olduğunu diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh prosesinə sadiq olduğu vurğulanıb.
Nazir Xose Manuel Albares Bueno, Azərbaycanla həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bu xüsusda, iki ölkə arasında münasibətlərin inkişafında keçirilmiş siyasi məsləhətləşmələrin rolu müsbət qiymətləndirilib. Nazir Xose Manuel Albares Bueno İspaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar prosesini dəstəklədiyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi       Tarix: 17 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xabarlar cəbhədən son görüntülər krimnal xeber