Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİBBu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində görüşdə iştirak məqsədilə ölkəmizə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
Bu barədə KONKRET.az-a Azərbaycan XİN-dən bildirilib.
Görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafını xüsusilə vurğulayan nazir Ceyhun Bayramov, 17 dekabr 2022-ci ildə imzalanmış, özündə Xəzər və Qara dəniz regionunda bərpa olunan enerji potensialından istifadə edilməsini, o cümlədən enerji təchizatının şaxələndirilməsini nəzərdə tutan "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in bu sahədə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, hadisələrlə bağlı Ermənistan tərəfinin əsassız iddialarının beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşığını bildirib. Nazir, eyni zamanda bölgədə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. Əlaqələrin bu səviyyədə inkişafında iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının, xüsusilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb. O, eyni zamanda, Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə macar şirkətlərinin cəlb olunması perspektivlərinin olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
14:40
Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
KONKRET.az xəbər verir ki, görüş barədə Macarıstan XİN başçısı öz "Facebook" hesabında paylaşım edib.
"Cəmi bir həftə əvvəl Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşdük və orada ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Biz indi Bakıda birgə işimizi davam etdiririk. Çoxlu yeni avropalı dostlarla yanaşı, biz Azərbaycanın köhnə dostlarıyıq, ona görə də bir-birimizi yaxşı tanıyırıq və qarşılıqlı hörmət əsasında danışıqlar masası arxasında əyləşə bilirik. Bizim məqsədimiz Azərbaycanın təbii qazını tez bir zamanda Macarıstan bazarına çıxarmaqdır", – P.Siyarto paylaşımında qeyd edib.
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Siyasi       Tarix: 04 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 sonxeber.az cəbhədən xəbər xeberler bugun