Ceyhun Bayramov misirli həmkarı ilə görüşdü
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, görüş zamanı, tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə çatdırılıb.
Ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub. Bu xüsusda, mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün əhəmiyyəti nazir Ceyhun Bayramov tərəfindən bildirilib.
Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib.
Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir