Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım

Ceyran Rəhimova: Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım"
"Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim "Instagram" hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan. Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim".
Axşam.az xəbər verir ki, sözləri aparıcı Ceyran Rəhimova verilişlərin birində deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətdən söz açıb. Aparıcı verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib:
"Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxarmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm, yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar".
C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb:
"Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Həyatımda nə qədər çətin anlar olsa da, onların öhdəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istərsə də qadını. Son 10 ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək asandır, amma onun dərdini çəkmək çətindir". 
Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.
Aparıcının bir müddət əvvəl bacısı vəfat edib. / oxu.az

Şou Biznes       Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. İfaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Arif Mirzəyev vəfat etdi

Görkəmli bəstəkar, orqan ifaçısı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev noyabrın 10-da vəfat edib. -a istinadən xəbər verir ki, musiqiçi uzun sürən xəstəlikdən sonra 83 yaşında Almaniyada dünyasını dəyişib. Arif Abdull

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler enson xeberler maraqlı xəbərlər xeber.az bu gun