Emre Altuğun 10 ilədək həbsi tələb olunur
Türkiyəli müğənni və aktyor Emre Altuğ İzmirin Çeşmə rayonunda yerləşən daşınmaz əmlakında icazəsiz tikililər inşa etdiyi iddiası ilə məhkəməyə çıxarılacaq. Onun barəsində 10 ilədək həbs cəzası tələb edilib.
azxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, Çeşmə bələdiyyəsinin şikayətindən sonra hazırlanan ittiham aktında Altuğ barəsində "Mədəni və təbii sərvətlərin qorunması haqqında" qanunu pozmaq və "şəhərsalma qaydalarının pozulmasına səbəb olmaq" ittihamları irəli sürülüb.
Bələdiyyə Altuğun Musalla məhəlləsindəki torpaq sahəsində hovuz, maşın avadanlıqları üçün otaq və birmərtəbəli tikililər inşa etdiyini müəyyən edib.
Torpaq sahəsinin mühafizə olunan ərazidə yerləşdiyini bildirən bələdiyyə tikililərin lazımi icazələr alınmadan inşa edildiyini iddia edib. Qanun pozuntularının verilən müddətdə aradan qaldırılmadığı, bundan sonra isə tikililərin söküldüyü qeyd olunub.
Bələdiyyənin şikayəti əsasında Çeşmə prokurorluğu tərəfindən araşdırma başlanılıb. Emre Altuğ ittihamları rədd edib.
İstintaq çərçivəsində ifadə verən müğənni bələdiyyənin qərarının ona qanunsuz şəkildə təqdim edildiyini bildirib. O, qərardan xəbər tutduqdan sonra onun ləğvi ilə bağlı məhkəməyə müraciət etdiyini deyib.
Prokurorluğun hazırladığı ittiham aktında müğənniyə qarşı irəli sürülən ittihamlar üzrə 3 ildən 10 ilədək həbs cəzası tələb olunur.

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq
Harri Keyn əməliyyat olundu - Foto