Çimərlikdə qadınların hər tərəfini bütün kişilər görür, bu qadınların əri nə düşünür?' - Hacı Təyyar
"Qadınların qadın, kişilərin isə kişi yeri var. Bu istənilən sahədə belədir. Çimərlik məsələsində də xanımlara dini baxımdan sərbəstlik verilir, halaldır, gedə bilərlər, amma mənəviyyatımız, mədəniyyətimiz tarixi keçmişimizdən gələn bir ciddiyyət var. Bizim ölkədə qadın, kişi məsələlərinə xüsusi diqqət verilir. Qeyrət məsələsi bu günə qədər köhnəlməyən müsbət mənəvi dəyərdir. Qadını himayə etmək, qadını qorumaq kişilərin vəzifəsidir. Amma biz çimərliklərdə bunun şahidi olmuruq.".
Bu sözləri azxeber.com-a açıqlamasında ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.
O bildirib ki, çimərliklər "podyum"u xatırladır:
"Qadın yataqda hansı paltarla yatırsa, çimərlikdə də ondan da istifadə edir. Müasir dövrlə gedərək adlarını da qoyublar bikini, busqalter, bunun adının nə adlandırılmasından asılı olmayaraq yataq paltarıdır. Ən alt, ən iç geyim hesab olunur, bunu da dənizdə geyinmək, mənə görə doğru deyil. Dənizkənarı açıq-aşkar podyumdur. Qadınların hər tərəfini bütün kişilər görür. Bəs bu qadınların əri nə düşünür? Bu insanlarda bir namus, qeyrət yoxdurmu? Azərbaycan kişisi, müsəlman bir kişi necə bunu açıq-aşkar sərgiləyir, mən anlamıram. Müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir".
O, həmçinin çimərliklərin ayrılmasının vacibliyini vurğulayıb:
"Çimərliklərin ayrılmasını, kişilərdə ayrı, qadınlarda ayrı olmasını daha məqsədəuyğun hesab edirəm".
Ayşən Mirzəyeva

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var