Çin Hindistanla razılığa gəldi - ordu geri çəkilir

Çin Hindistanla razılığa gəldi - ordu geri çəkilirÇin və Hindistan iki ölkə arasında sərhəd məsələsi ilə bağlı gərginliyə dair 5 bəndlik razılığa gəliblər.
Publika.az xəbər verir ki, sözügedən razılıq Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər nazirlərinin Moskvada keçirilən zirvə görüşü çərçivəsində iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri - Van İ və Subrahmanyam Cayşankarın geniş müzakirələrinin yekununda əldə olunub. Məsələyə dair yayılmış birgə bəyanatda qeyd olunur ki, tərəflər sərhəd zonasında gərginliyin azaldılması və oraya cəlb olunmuş hərbi qüvvələrin geri çəkilməsinə razılıq veriblər. Bundan başqa, iki ölkə arasında münasibətlərin inkişafı üçün müxtəlif məsələlərə fərqli yanaşmaların mübahisələrə çevrilməməsi barədə razılıq əldə olunub.
Tərəflər, həmçinin sərhədyanı rayonlarda sülhün və əmin-amanlığın qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni etimad tədbirlərinin görülməsi ilə bağlı işləri sürətləndirməyi qərara alıblar.
Çinin Xarici İşlər naziri Van İ Çin və Hindistanın bir-birinə rəqib və ya təhdid deyil, əməkdaşlıq üzrə tərəfdaşlar, bir-birinin inkişafı üçün imkanlar olduğunu bildirib. O, iki böyük və inkişaf edən ölkənin qarşıdurmaya və şübhəyə deyil, əməkdaşlığa, qarşılılıqlı etimada ehtiyac duyduğunu deyib.
Hindistanın Xarici İşlər naziri Subrahmanyam Cayşankar da ölkəsinin Çinlə sərhəd gərginliyinin yüksəlməsini istəmədiyini bildirib.
Qeyd edək ki, iyunun 15-də iki ölkənin öz ərazisi hesab etdiyi Qalvan çayı vadisində nəzarət xəttində toqquşma baş verib. Rəsmi Dehli Hindistan tərəfindən 20 hərbçinin öldüyünü açıqlayıb. Bildirilir ki, 6 saata yaxın davam edən toqquşma zamanı tərəflər bir-birinə daş və bərk cisimlər tullayıblar. Bu, tərəflər arasında sərhəd zonasında ilk "daş döyüşü" olmasa da, 1975-ci ildən bəri ölümlə nəticələnən ilk toqquşmadır. Hadisə zamanı Çin tərəfdən də ölənlərin olduğu bildirilsə də, Pekin ölü və yaralı sayı barədə açıqlama verməyib. Tərəflər qarşıdurmya görə bir-birini ittiham ediblər. Sərhəd toqquşması iki ölkə arasında gərginliyin artması ilə nəticələnib.

Dünya       Tarix: 12 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun en sonxeber hava durumu son xeberler 2026