Çin Tayvanı müharibə ilə HƏDƏLƏDİ: Ordu hazır vəziyyətə gətirildi
Çin və Tayvan arasında gərginlik davam edir. Çindən gələn son xəbərlərə görə, böhran ən yüksək həddə çatıb.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, Çin Kommunist Partiyasının nəzarətində olan dövlət mediası açıq şəkildə müharibə təhdidini davam etdirib.
Çində yerləşən "Global Times" xəbər agentliyi Çin ordusuna "döyüşə hazır olun" əmri verildiyini bildirib.
Çindən gələn bu xəbərdən sonra Tayvan ordusunun da hazır vəziyyətə gətirildiyi qeyd edilir.
İki ölkənin hərbi qüvvələri müqayisə edildikdə, Çinin 2,1 milyon əsgəri, 3260 təyyarəsi və 3205 tankı ilə Tayvan üzərində üstünlüyə malik olduğu aydın olur.
Bu arada Çinin tayvanla bağlı həyata keçirdiyi hərbi fəaliyyətlərin peyk görüntüləri ortaya çıxıb.
Çinin cənub-şərq sahilindəki Fujian əyalətindəki üç baza Tayvanla hava qarşıdurması vəziyyətində müdafiə sistemləri ilə gücləndirilib.
"Planet Labs" tərəfindən çəkilən və ABŞ-ın avtomobil və hərbi veb saytı "The Drive" tərəfindən ilk dəfə yayımlanan fotoşəkillər, infrastrukturun çoxunun 1980-ci illərə aid olduğu bazalarda inşaat işlərinin 2020-ci ilin əvvəlində başladığını və pandemiya boyunca davam etdiyini göstərir.
Rahib Əsgərov
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm