Çin Ukrayna müharibəsi dövründə Rusiyaya yatırımlarını üç dəfə azaldıb - STATİSTİKA
Çin Ukraynada müharibə başladıqdan sonra Rusiyaya birbaşa investisiyalarını üç dəfə azaldıb. Bu barədə The Bell nəşri Finlandiya Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar İnstitutunun (BOFIT) hesabatına istinadən məlumat yayıb.
KONKRET.az xəbər verir ki, hesabatda Rusiya ilə Çin arasında iqtisadi əlaqələrin son illərdə güclənməsinə baxmayaraq, bu münasibətlərin dərin deyil, əsasən səthi xarakter daşıdığı bildirilir. Ukraynada müharibə və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Moskvanı Pekindən iqtisadi cəhətdən daha çox asılı vəziyyətə salıb. Hazırda Çinin payına Rusiyanın xarici ticarət dövriyyəsinin üçdə biri düşür. Lakin bu əməkdaşlıq daha çox əmtəə mübadiləsi ilə məhdudlaşır: Çindən Rusiyaya əsasən yüksək texnologiyalı məhsullar daxil olur, Rusiyadan isə Çinə əsasən enerji və təbii resurslar ixrac edilir.
Hesabatda qeyd olunur ki, 2021-ci ilin birinci yarısında Rusiyaya daxil olan xarici portfel investisiyalarının ümumi həcmi 190 milyard dollar təşkil edirdisə, bu göstərici 2024-cü ilin ilk yarısında cəmi 50 milyard dollara qədər azalıb. Çin tərəfindən edilən investisiyalarda da oxşar azalma müşahidə olunub: əgər 2011–2018-ci illərdə Çin Rusiyaya hər il orta hesabla 1,2 milyard dollar investisiya yatırırdısa, 2022–2023-cü illərdə bu rəqəm ildə orta hesabla 400 milyon dollara düşüb.
Ekspertlər hesab edir ki, bu dinamika Çin-Rusiya iqtisadi tərəfdaşlığının məhdudiyyətlərini və Çinin risklərdən çəkinərək Rusiya iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqdan ehtiyat etdiyini göstərir.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabad sakinini ot yükləyərkən ilan sancdı
Paşinyan Azərbaycana gəlmək istəyir
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
İmişlidə 11-ci sinif şagirdi Araz çayında batdı
"Barselona" Yamala şərt qoydu
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
Ronaldu antirekordunu təkrarladı
Ermənistanda seçki: Zəngəzurdakı nəticə şok edir – TƏCİLİ
SON DƏQİQƏ: Paşinyandan Putinə SƏRT MESAJ: Rusiya üçün Ukrayna SSENARİSİ
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
4 yaşlı uşağı maşın vurdu
"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert
Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto