Çin və NASA arasında Ay davası böyüyür
"Dünya Çinin Aydakı fəaliyyətindən çox narahat olmalıdır".
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bunu NASA rəhbəri Bill Nelson Almaniyanın Bild qəzetinə açıqlamasında deyib.
Nelson çinli astronavtların digər ölkələrin peyklərini necə məhv etməyi öyrəndiklərini və xüsusilə Ayın cənub qütbü üçün rəqabət apardıqlarını iddia edib.
O, həmçinin bildirib ki, 2035-ci ilə qədər Pekin özünün Ay stansiyasının tikintisini başa çatdıracaq və bir ildən sonra təcrübələrə başlayacaq.
Digər tərəfdən Çin Vaşinqtonu kosmosu "döyüş meydanına" çevirmək cəhdində ittiham edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician bildirib ki, NASA rəhbərinin faktlara məhəl qoymaması və Çin haqqında məsuliyyətsiz danışması ilk hal deyil:
"ABŞ tərəfi Çinin normal kosmik tədqiqatlarına qarşı davamlı qarayaxma kampaniyası həyata keçirir. Çin bu cür məsuliyyətsiz bəyanatları qəti şəkildə rədd edir".
O bildirib ki, Çin həmişə silahlanmaya qarşı olub və kosmosda bəşəriyyətin ortaq gələcəyini dəstəkləyir.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?