Çindən ABŞ-la bağlı yeni qərar - Qarşıdakı 1 il ərzində...
Çin hökuməti bəzi ABŞ məhsullarının əlavə idxal rüsumlarının azad olunması vaxtını daha bir il uzadıb.
Bu barədə Çinin Maliyyə Nazirliyi məlumat yayıb. Əslində ABŞ-ın 16 adda məhsulunun əlavə idxal rüsumlarından azad olunması sentyabrın 16-da başa çatmalı idi. Avqustun sonunda iki ölkənin ticarət danışıqları üzrə nümayəndələrinin telefon danışığı zamanı tərəflər yanvarda imzalanmış ticarət sazişinin birinci fazasına sadiq olduqlarını bəyan ediblər. Sentyabrın əvvəlində isə ABŞ Çindən idxal olunan bəzi məhsulların əlavə rüsumlardan azad olunması müddətini daha bir il müddətinə uzadıb.
Qeyd edək ki, COVID-19 pandemiyası beynəlxalq ticarətə ciddi ziyan vurub. Pandemiya Çin ilə ABŞ arasında yanvarda Vaşinqtonda imzalanmış ticarət sazişinin birinci mərhələsinin icrasına da mənfi təsir göstərib. Çin hökumətinin cari il üçün iş planında çətinliklərə baxmayaraq, ABŞ-la ticarət razılaşmasının həyata keçiriləcəyi vurğulanıb.
Çin Baş Gömrük Administrasiyasının statistik məlumatına əsasən, ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin ümumi dəyəri 344 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır. /publika.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA