Çindən Azərbaycana daha bir bəla gəlir - Koronavirusdan da dəhşətlidir

Çindən Azərbaycana daha bir bəla gəlir - Koronavirusdan da dəhşətlidirÇində yaranan "X" xəstəliyi təsəvvür etdiyimizdən də qorxunc və dəhşətlidir. Çinli epidemioloqlar "X" xəstəliyinin qarşısının alınmasının çətin olacağını bildiriblər. Həkimlərin qənaətinə görə, sözügedən xəstəliyin yaratdığı pandemiya riski qlobal iqlim dəyişikliyinin sürətlənməsi, insan fəaliyyətinin genişlənməsi və patogenlərin növlərarası ötürülməsinin artması və digər bu kimi amillərlə bağlı ola bilər.
"X xəstəliyinin" ən mühüm xüsusiyyətləri yüksək patogenlik və yayılma sürətidir; xəstəlik asanlıqla mutasiyaya uğrayır. Bəs görəsən bu xəstəliyin Azərbaycanda yayılma riski varmı? Ümumiyyətlə, bu tip viruslara qarşı tədbirlər hansı dərəcədədir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı infeksionist-həkim Ləman Qalimova Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür xəstəliklərdən qorunmaq üçün ilk olaraq profilaktik qaydalara əməl etmək lazımdır:
"X" xəstəliyi ümumiyyətlə konkret bir virus və ya xəstəlik deyil. Yaxın gələcəkdə yayılması gözlənilən hər hansı bir xəstəliyin şərti adıdır. Bu xəstəlik ola bilsin ki, hansısa virusun mutasiya olunmuş, ağırlaşmış formasıdır. Amma bu xəstəliklərin qorunmasında ilkin olaraq profilaktik qaydalara riayət etmək lazımdır. Əl gigiyenası, sosial məsafə, maskadan istifadə mühüm şərtdir. Düzdü, bizdə epidemioloji olaraq bütün tədbirlər görülür, ancaq hansı xəstəliyin bizə haçan gələcəyini öncədən müəyyən etmək mümkün deyil".
İnfeksionist Sadiqə Əliyeva hava-damcı infeksiyalarının hər zaman təhlükəli olduğunu diqqətə çatdırıb:
"Əgər bu xəstəlik qonşu ölkələrin hər hansı birində özünü göstərsə, o zaman bizdə olma ehtimalı əlbəttə ki, yüksəlir. Ancaq hələki qonşu ölkələrin heç birində hansısa intensiv yoluxma ilə bağlı məlumat yoxdur. Bu viruslar hava-damcı infeksiyasıdır və bu cür virusların yayılması sürəti hər zaman yuxarı olur. Xəstəliyi yüngül və ağır keçirmək üçün əvvəlcədən hansısa tədbirin görülməsi mümkün deyil. Hər bir insan xəstəliyi fərdi keçirir. Əsas olaraq qidalanmaya fikir verməklə və immuniteti artırmaqla ağırlaşmanın qarşısını almaq olar. Əlavə olaraq qeyd edim ki, bu cür viruslar payız-qış aylarında nisbətən daha çox yayılır".

Sağlamlıq       Tarix: 11 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbər az en son xeber cebheden xeber