Çingiz Allazov Azərbaycan vətəndaşlığı üçün müraciət edəcək
ONE FC üzrə çempion Çingiz Allazov Bakıda təşkil edilən mətbuat konfransında iştirak edib.
KONKRET.az xəbər verir ki, "One Championship" Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan azərbaycanlı kikboksçusu Bakıda təşkil edilən mətbuat konfransında ermənistanlı idmançı Marat Qriqoryanla döyüşmək arzusunda olduğunu söyləyib.
İdmançı Vətəndə olduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib:
"Bakıda 3 dəfə olmuşam. Dörd il idir ki, məşqlərlə əlaqədar buraya gələ bilmirdim. Vətəndə olmağa hər zaman şadam. Döyüşdən əvvəl həm burada, həm də Belarusda mənə çox dəstək verdilər. Buna görə, xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm. İnkişaf etməliyik, qələbələrin davamı gəlməlidir".
Çingiz Allazov bu idman növünün Azərbaycandakı hazırkı durumuna da münasibət bildirib: "Azərbaycanda peşəkar kikboks yox dərəcəsindədir. Bunun üçün peşəkar hazırlıq məkanları olmalıdır. Peşəkar kikboks dünyada çox inkişaf edib. Hazırda bu idman növünü milyonlar izləyir".
Tanınmış idmançı Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edəcəyini bildirib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi