Çingiz Hüseynzadə: "Yaponiyada medal qazanmaq elə də asan deyil
"Əlbəttə, 30 iyul bizim üçün əhəmiyyətli gün idi. İlk medalımızı qazandığımız üçün xoşbəxtik. Bu münasibətlə Azərbaycanın bütün idmansevərlərini təbrik edirəm".
Publika.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu İrina Kindzerskayanın (+78 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışarkən deyib.
Onun sözlərinə görə, Olimpiada Yaponiyada keçirildiyindən, cüdoda medalların əksəriyyətini yerli idmançılar qazanıblar:
"Çox təəssüf ki, Azərbaycan cüdoçuları Tokio-2020-də Yaponiya cüdoçuları ilə görüşməli olublar. Təmsilçilərimizin qarşısını alanlar əsasən yerli tatami ustaları olub. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil. Bu baxımdan, Kindzerskayanın bürünc medal qazanmasının özü də çox böyük uğurdur. Elə onun çəkisində də olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. Kindzerskaya isə yarımfinalda ona uduzdu. Ümumiyyətlə, cüdoçularımızın çoxu çempionlara uduzub".
Azərbaycan cüdoçularının çıxışını çox da uğursuz saymadıqlarını söyləyən MOK rəsmisinin fikrincə, Yaponiyada medal qazanma şansı çox az idi:
"Bunu biz öncədən də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır. İnanıram ki, bu olimpiadada da gözəl nəticələr göstərə biləcəyik".

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti