"Çini çaydan" mahnısı bu mükafata daha çox layiq idi' - Səidədən atmaca
Müğənni Səidə Sultan paylaşımı ilə diqqət çəkib.
azxeber.com xəbər verir ki, sənətçi 106.3 FM radiosunun "İlin mahnısı" seçimini tənqid edib.
Belə ki, radioda müğənni Hissin "Best" mahnısının ilin mahnısı olmasına Səidə etirazını bildirib:
"Dünən möhtəşəm xalq konsertində oldum. 106,3 FM "İlin mahnısı" mükafatını verdi. Sizcə, nə qədər doğrudur ki, il ərzində 1,8 mln baxışı olan mahnı "İlin mahnısı" adına layiq olsun? Əslinə qalsa, "İlin mahnısı" adına əsl layiq namizədləri sizə misal çəkim, qərarı siz verin: Elə biri "S.O.S". Tutaq ki, Aygün Kazımovaya mükafatı vermək istəmədiniz, o zaman Röyanın "Zülmətəm"i necə oldu?! Bunu da görməzdən gəldiniz. Roza Zərgərlinin "İstədim", mənim "Əydi qəddimi", Günay İbrahimlinin "Mən beləyəm" mahnılarını da görmədiniz?! Mənə çox maraqlıdır ki, hansı kriteriyalara görə seçirsiniz?! Əgər mahnının il ərzində dinlənmə sayına görə seçirsinizsə, "Çini çaydan" mahnısı seçdiyinizdən daha çox layiq idi".

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu