Çinin təhlükəli investisiya SİYASƏTİ - Türkmənistan borc içində boğulur

Çinin təhlükəli investisiya SİYASƏTİ - Türkmənistan borc içində boğulurÇinin Orta Asiya ölkələri ilə iqtisadi əlaqələri getdikcə güclənir. Bu sahədə rəsmi Pekinin əldə etdiyi mühüm uğur deməyə əsas verir ki, son illərdə bu ölkənin regionda siyasi və iqtisadi təsiri əhəmiyyətli dərəcədə artıb.
Dünyanın ikinci iqtisadiyyatı olan Çin Orta Asiyanın enerji resurslarına milyardlarla dollar sərmayə qoymağa hazırdır və regionu ölkəni Avropa ilə birləşdirən iddialı "Bir kəmər, bir yol" təşəbbüsünün mühüm hissəsi kimi görür. Belə ki, hazırda Çin yerli siyasi və biznes elitaları ilə qarşılıqlı faydalı fəaliyyətdə zəngin təcrübəyə malikdir və region ölkələrinin iqtisadiyyatına böyük həcmdə vəsaitlər yatırır.
Xatırladaq ki, yalnız 2023-cü ilin mayında Çin-Orta Asiya sammitində Si Cinpin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinə 26 milyard yuan təmənnasız yardım göstərəcəyini vəd edib.
Təxminən 20 ildir ki, Çin iş adamları regionun iqtisadiyyatına 68,4 milyard dollar vəsait qoyublar. Bura infrastruktur obyektlərinin tikintisinə qoyulna xərclər və Orta Asiya şirkətlərinə məqsədli layihə tranşları daxildir.
Ayrılan vəsaitin yarısı Qazaxıstan iqtisadiyyatına aiddir – 35,6 milyard dollar. Türkmənistan son 17 ildə regionda Çin pulunun ikinci ən böyük alıcısına çevrilib – 15 milyard dollar.
Özbəkistan eyni dövrdə cəmi 9,66 milyard dollar, Qırğızıstan 4,73 milyard dollar, Tacikistan 3,33 milyard dollar cəlb edə bilib.
Belə bir sərmayənin əldə edilməsinin nisbətən asan olduğuna inanılır – rəsmi Pekin güzəştli kredit şərtləri təklif edir və ciddi tələblər irəli sürmür.
Çin ekspansiyasının əleyhdarları hesab edirlər ki, bu cür investisiyalar təhlükəlidir, çünki onlar ölkələri qondarma "borc tələsinə" düşməyə sövq edir. Məsələn, Tacikistanın xarici borcunun demək olar ki, 50%-i Çinin payına düşür, Qırğızıstanın xarici borcunda Çinin payı nisbətən daha azdır, bu rəqəm demək olar ki, 45%-ə çatır.
Türkmənistan və Özbəkistanda həqiqi vəziyyət haqqında etibarlı məlumat yoxdur, lakin Çinə borcu çox yüksək olduğundan Aşqabadın bir neçə ildir ki, Türkmənistan qazını Çinə pulsuz ixrac etdiyi iddia edilir. Eyni zamanda, Qazaxıstanın xarici borcunda Çinin payı cəmi 7% təşkil edir ki, bu da həm investisiyalara, həm də Çindən gələn kreditlərə rasional yanaşan Qazaxıstan hakimiyyətinin çox balanslı mövqeyindən xəbər verir.
KONKRET.az-ın ANALİTİK QRUPU

Sosial       Tarix: 19 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber cebheden xeberler son.xeberler xeber saytlari