"Bu, strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı əlavə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Sərəncam ölkədə həyata keçirilən sosialyönümlü siyasətin daha bir bariz nümunəsidir. Bu sənəd bir daha göstərir ki, dövlətin əsas prioriteti vətəndaşın təhlükəsizliyi, rifahı və həyat şəraitinin qorunmasıdır".
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib.
O bildirib ki, cari ilin mart–aprel aylarında baş vermiş güclü leysan yağışları nəticəsində ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakı şəhərində ciddi fəsadlar meydana çıxıb, yaşayış evlərinə, kənd təsərrüfatına və mühüm infrastruktur obyektlərinə ziyan dəyib.
"Belə bir şəraitdə dövlət başçısının operativ qərarı ilə 85 milyon manatdan artıq vəsaitin ayrılması yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, eyni zamanda gələcək risklərin minimuma endirilməsinə xidmət edir.
Qeyd etmək istərdim ki, bu sərəncam təkcə maliyyə dəstəyi deyil, həm də dövlətin öz vətəndaşına olan diqqət və qayğısının konkret ifadəsidir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayanması, hər bir vətəndaşın rifahının prioritet kimi müəyyən edilməsi ölkəmizdə sosial dövlət modelinin uğurla tətbiq olunduğunu göstərir.
Sərəncam çərçivəsində həyata keçiriləcək tədbirlər – su basmış ərazilərin bərpası, infrastrukturun yenidən qurulması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qabaqlayıcı mexanizmlərin tətbiqi – təbii fəlakətin həlli ilə yanaşı eyni zamanda gələcək nəsillər üçün daha dayanıqlı və təhlükəsiz mühit formalaşdırır. Bu isə strateji baxışın və uzaqgörən siyasətin nəticəsidir".
Deputatın sözlərinə görə, bu qərar bir daha sübut edir ki, Azərbaycan dövləti istənilən çətin vəziyyətdə vətəndaşının yanındadır:
"Dövlətin bütün resurslarının səfərbər edilməsi, problemlərə dərhal reaksiya verilməsi və sistemli yanaşma ölkədə güclü idarəetmə modelinin mövcudluğunu təsdiqləyir".
/qafqazinfo

Sosial       Tarix: 28 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Yaxşı ki, Tibbə qəbul olmadım" - 617 balla baytarlığı seçən Xaliq

Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün Baytarlıq ixtisasını (ingilis dilində) seçib. "Qafqazinfo" ya istinadən xəbə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az son xeberler krminal bu gun azerbaycan son xeber bugun en son xeberler bu gun