Qərbin ikiüzlü diplomatiyası, yaxud Ocampo-Borrell planı ilə bağlı şok detallar: Bakı və İrəvan nə etməlidir?
Avropa siyasi dairələrində baş verən son qalmaqallar və yayılan sensasiyalı video görüntülər bir daha göstərir ki, qlobal siyasətdə görünənlə pərdəarxası proseslər arasında ciddi fərq mövcuddur. Xüsusilə, sabiq beynəlxalq hüquq nümayəndəsi Luis Moreno Ocampo kimi fiqurların adının hallandığı bu müzakirələr Avropa institutlarında lobbiçilik fəaliyyətlərinin real təsir gücünün, eləcə də qərarvermə mexanizmlərinin şəffaf olmadığını ortaya qoyur. Eyni zamanda, NATO-nun keçmiş baş katibi Anders Forq Rasmussen və Aİ rəsmisi Josep Borrell kimi şəxslərin adlarının müxtəlif kontekstlərdə çəkilməsi bu müzakirələrin miqyasını daha da genişləndirir. Bütün bunların fonunda Avropa siyasətində baş verən proseslər Qərb "demokratiya"sının mayasının rüşvətlə yoğrulduğunu deməyə əsas verir.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ümumilikdə Qərb siyasi mühitində Azərbaycan və Ermənistan arasında mümkün sülh razılaşmasını qəbul etmək istəməyən müəyyən dairələr mövcuddur.
"Bu qüvvələr əsasən diaspor strukturları ilə bağlıdır və müxtəlif vasitələrlə regiondakı proseslərə təsir göstərməyə çalışırlar.
Keçmiş vəzifəli şəxslərin sonradan müxtəlif lobbi qrupları ilə əməkdaşlığa cəlb olunması yeni tendensiya deyil. Nümunə olaraq NATO-nun keçmiş baş katibi Anders Forq Rasmussen və Avropa diplomatiyasının tanınmış simalarından biri olan Josep Borrell kimi şəxslərin adlarını çəkmək mümkündür. Bəzi hallarda keçmiş məmurların nüfuzu maliyyə və siyasi maraqlar qarşılığında müxtəlif istiqamətlərdə istifadə olunur".
Politoloq hesab edir ki, Ermənistanın daxili və xarici siyasətinə kənar təsir cəhdləri Qərbin bəzi dairələrində ikili yanaşma təəssüratı yaradır.
"Eyni prinsiplərin fərqli regionlarda müxtəlif şəkildə tətbiqi bu cür qiymətləndirmələrə təkan verir.
Bu tip proseslər regionda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində etimad mühitinə mənfi təsir göstərə bilər.
Bəzi dairələrin Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq formatlarına qarşı çıxması da geosiyasi maraqlarla bağlıdır və bu, regionda təsir uğrunda rəqabətin bir elementi kimi qəbul edilir".
Sonda ekspert vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan bu kimi hallara qarşı daha şəffaf diplomatik mövqe sərgiləməli, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasəti gücləndirməlidir. Onun sözlərinə görə, yalnız bu halda xarici təsirlərin minimuma endirilməsi və dayanıqlı sülhün təmin olunması real sayılır.
Müşviq Tofiqoğlu
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK