Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLAR

Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARCinsiyyət dəyidirmək hüququ bir çox ölkələrdə müəyyən şərtlər daxilində qanunla tənzimlənir.
Türkiyədə 1988-ci ildən bəri cinsiyyətini dəyişmək istəyən şəxslər üçün bəzi qanuni prosedurlar olsa da, bununla belə, bu proses xüsusi tibbi və hüquqi prosedura riayət etməyi tələb edir.
Bəzi ölkələrdə bu proses daha mürəkkəb və uzun ola bilər, lakin hüquqi tənzimləmələr şəxsin hüquqlarına uyğun olaraq həyata keçirilir. Türkiyədə cinsiyyət dəyişikliyi qanuni olaraq edilə bilər, lakin ilk növbədə tibbi və psixoloji qiymətləndirmə proseslərindən keçilməlidir.
azxeber.com Türkiyədə cinsiyyətini dəyişdirən və buna baxmayaraq kifayət qədər fanata sahib məşhur simaların araşdırmasını təqdim edir:
Türkiyədə bu qəbildən olan məşhurlar arasında ən populyar olanı Bülent Ersoydur. Qeyd edək ki, o, cinsiyyət dəyişdirmə əməliyyatını hələ 1981- ci ildə Londonda etdirib. O, hətta iki dəfə rəsmi şəkildə özündən yaşca kiçik gənclə ailə həyatı da qurub, bir il sonra boşanıb. 
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARArabesk musiqisinin tanınan siması Devran Çağlar da 2011-ci ildə cinsiyyətini dəyiştirərək Almaniya vətəndaşı ilə ailə qurmuşdu. O, 2019-cu ildə ürəktutmasından vəfat edib.  
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARAktrisa Nil Erkoçlar da 2013-cü ildə kariyerasının zirvəsində cinsiyyət dəyişdirərək oğlan olmaq qərarına gəlib. Maddi və mənəvi çox böyük çətinliklərlə üzləşdiyini hər fürsətdə dilə gətirən aktrisa həyatına Rüzgar Erkoçlar olaraq davam edir. O, hətta Tuğba Beyazoğlu adlı xanım ilə ailə həyatı qurub. Onu da qeyd edək ki, Rüzgar Erkoçların bacısı Gül Erkoçlar da cinsiyyətini dəyişdirərək adını Görkəm Batu olaraq dəyişib. 
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARTürkiyənin ilk transgender aktrisa və müğənnisi isə əslən çərkəz olan Ayta Sözeridir. İnsan və LGBT haqları aktivisti olan aktrisa Almaniyada doğulub, Türkiyədə bir çox seriallarda rol alıb, konsertlər verib. 
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARSosial media fenomeni Selin Ciyerci bir zamanlar Bebek Okan adı ilə sosial mediada məşhurlaşmışdı. O daha sonra cinsiyyət dəyişdirərək adını Selin Ciyərci qoymuşdu. Bununla da kifayətlənməyən Selin, məşhur futbolçu Gökhan Çıra ilə ailə həyatı qurmuşdu. Ən böyük arzusunun ana olmaq olduğunu deyən Ciyerci surroqat ana vasitəsilə qız övlad sahibi də olub. 
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARHər kəsin maraqla izlədiyi "İşte benim stilim" yarışmasının adından söz etdirən iştirakçılarından biri olan Neslihan Doğrusöz də cinsiyyət dəyişdirərək Doruk Doğrusöz adı ilə həyatına davam edir. 2024-cü ildə müğənni Sevda Demirelle nişanlanan Doruk Doğrusöz evlilik hazırlığındaykən ani qərarla segilisindən ayrılıb. 
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLAR"Çukur" serialındakı Timsah obrazı ilə şöhrət qazanan Ahmet Melih Yılmaz son illərdə cinsiyyət dəyişdirmə əməliyyatı keçirərək pərəstişkarlarına şok yaşadıb. Cinsiyyət dəyişikliyi əməliyyatı edən Ahmet Melih Yılmaz xarici görünüşünü dəyişdikdən sonra adını da Meli Bendeli olaraq dəyişdirib. Aktyor işsizlikdən şikayətlənərək "Kaş ki, qadın olmaq istədiyim üçün işim əlimdən alınmasaydı, kaş ki, məcbur olmasaydım. Kaş ki, hər şey bu qədər çətin olmayaydı" sözlərini demişdi.  
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLAR"İlişki Durumu Qarışıq" serialında Güləndam obrazı ilə rol alan aktrisa Aybike Esin Tumluer də cinsiyyətini dəyişib. O, adını da dəyişərək Atlas Karan qoyub. Məşhur aktrisanın son görünüşü görənləri heyrətə gətirib. 
Cinsiyyətini dəyişən türk məşhurlar - FOTOLARAysel Hacızadə

Şou Biznes       Tarix: 31 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi

Xalq artisti Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyevaya, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjiman

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gune olan xeberler ən son xəbər şou biznes xəbərləri sonxeber.az