""City Garden Narimanov"da alternativ enerjidən istifadə ediləcək" – Mahayət Nəbiyev

16 may tarixində Kristal Abşeron, PAŞA İnşaat, PMD Projects və 80-ə yaxın digər dövlət və özəl müəssisələrin tərəfdaşlığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində karyera sərgisi təşkil olunub. Karyera sərgisində 3000-dən çox gənc üçün 600-dək vakansiya və təcrübə imkanları təqdim edilib. 
Sərginin açılış mərasimində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyev də çıxış edib. Mahayət Nəbiyev çıxışında COP29 beynəlxalq konfransı başda olmaqla ölkəmizdə həyata keçirilən yüksək səviyyəli enerji siyasətinin vacibliyini və bu yöndə "Kristal Abşeron"un həyata keçirdiyi layihələri də vurğulayıb: "Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin əsas prioritetidir. Bu prioritet əsasında qazanılan uğurlardan biri olacaq COP29-a 2024-cü ildə ev sahibliyi edilməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. İşğaldan azad edilmiş torpaqların "Yaşıl enerji" zonası elan edilməsi və bu istiqamətdə aparılan digər uğurlu islahatlara tövfə vermək məqsədi ilə, biz də "Kristal Abşeron" olaraq yeni layihələrə imza atırıq. Belə ki, 17 hektar yaşıllıq əraziyə malik olan unikal yaşayış kompleksimiz "City Garden Narimanov"da alternativ enerji mənbəyi kimi istifadə üçün Günəş panelləri quraşdırılır. Bu yaşayış kompleksində olan hər blok üçün innovativ texnologiya ilə qurulan və həmin bloka xidmət edən özəl mərkəzi istilik sistemlərində qaz və günəş kollektorlarının birgə işləməsinə şərait yaradır. Bu da layihədə istiliyə olan tələbatın 30-32%-ini, isti suya olan tələbatın isə 70-75%-ini ödəməklə nəticədə ümumi qaza olan ehtiyaca 38-40% qənaət etmiş olacaq.  Sözügedən layihəmizin daxilində bütün infrastrukturları, yəni geniş ticarət mərkəzi, məktəb, bağça, fitness, hovuz, iaşə obyektlərini toplamışıq.  Hər bir sakinin gündəlik ehtiyaclarını qarşılaması üçün istifadə etdiyi yanacaq sərfiyyatını azaltmaq və havaya atılan zərərli qazların miqdarını azaltmaq üçün bu kimi amillərə inşa etdiyimiz yaşayış komplekslərində xüsusi diqqət ayırırıq. Bundan başqa həyata keçirdiyimiz bütün layihələrdə binaların fasadını innovativ tələblərə cavab verən xüsusi izoliyasiya materialları ilə izolyasiya edirik. İstifadə etdiyimiz bu izoliyasiya sistemi müasir texnoloji həllərə əsaslanmaqla qaza olan tələbatı 3 dəfəyə qədər azaldır. Bunu sadə bir misal ilə izah edə bilərik. Məsələn, izoliyasiya olunmamış 2 otaq 70 m2-lik bir mənzilin isidilməsi və isti su ilə təmin olunması üçün 60 AZN dəyərində və daha çox enerji tələb olunduğu halda, izoliyasiyalı mənzildə bu sadəcə 18-20 AZN dəyərində olur. Tələbatın və sərf olunan maddi resursların azalması öz növbəsində ənənəvi enerji mənbələrindən istifadə edərək havaya atılan zərərli qazların miqdarını da 3 dəfəyədək aşağı salır. Bu izolizasiya sistemi, həmçinin yayda mənzillərin soyudulması üçün tələb olunan elektrik enerjisinin də miqdarını azaldır."
Sonda isə Mahayət Nəbiyev "Kristal Abşeron"un həyata keçirdiyi layihələrdə enerji sahəsində innovativ texnologiyaların istifadəsinin həm də qazın ixrac olunmasından əldə olunan gəlirə müsbət təsirindən söz açıb. O bildirib ki, "Tətbiq edilən innovativ həllər sakinlərin xərclərini və ekologiyaya olan mənfi təsirləri azaltmaqla bərabər bilavasitə qaz ixracından daxilolmaların artması istiqamətində də rol oynayır. Belə ki, əvvəlki nümunədə göstərdiyimiz rəqəmlərdən yola çıxsaq 100 mənzilli izoliyasiya olunmuş bir bina üçün ümumilikdə aylıq 4000 AZN ((60-20)*100)  dəyərində 40000 m3  qaza qənaət edilərək daxili bazarda istifadə azalır və beləcə qənaət edilmiş qaz qlobal bazara birja qiymətlərinə uyğun olaraq 1000 m3-i təqribi 550 AZN-dən ixrac oluna bilir. Bu faktı nəzərə alaraq deyə bilərik ki, sadəcə 100 mənzilli 1 binanın izoliyasiyalı inşa edilməsi bilavasitə qazın ixracına əlavə olaraq aylıq 22000 AZN (40*550) dəyərində gəlir gətirə bilir."
Karyera sərgisi digər dövlət və özəl müəssisələrin nümayəndələrinin çıxışları ilə davam edib. Onlar bu cür sərgiləri ali təhsil və sənaye qurumları ilə daha dərin əlaqələrin yaradılmasında, eyni zamanda bu tip tədbirlərin məzunların karyera perspektivlərinin artırılmasında əhəmiyyətini vurğulayıblar.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 17 may 2024
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe son xeberler 2026 son.xabar bugunun xeberleri