COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…

COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası bu il Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də keçirilən plenar iclasında verilib.
Bu cür beynəlxalq konfransın Bakıda keçirilməsinin Azərbaycana və ümumiyyətlə, dünya dövlətlərinə, beynəlxalq ekosistemə hansı təsirləri olacaq?
Məsələ ilə əlaqədar azxeber.com-a açıqlama verən ekoloq Rövşən Abbasov söyləyib ki, COP-29-un Azərbaycanda keçirilməsi ölkəmizin strategiyası və maraqlarına tam uyğundur:
COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…""COP 29" tərəflər konfransıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə beynəlxalq çərçivədə keçirilən konfransıdır. Bu konfransın əsas məqsədi dünya ölkələri arasında istixana qazlarının emissiyasının inkişafının azaldılmasıdır. Sonuncu dəfə sözügedən konfrans 2015-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən "COP" razılaşmaları ilə nəticələnmişdi. Razılaşmalara görə, hər bir ölkə müəyyən öhdəlik götürür. Azərbaycan da bu konfransa dair bəzi razılaşmaları öhdəliyinı götürüb. 2030-cu ilə qədər Azərbaycan ərazisində atmosferə atılan çirkli qazların 30 faiz azaldılması planlaşdırılır. Yəni, bu, müəyyən zərurətdən irəli gələn öhdəlikdir. Bu konsepsiya həm də Azərbaycanın dövlət strategiyasına tam uyğundur. Bilirik ki, 2024-cü ildə cənab Prezident tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Bu möhtərəm qərar da COP-29-un Azərbaycanda keçirilməsi ilə əlaqədardır.
Qeyd etdiyimiz ildə də əsas məqsəd odur ki, ətraf-mühitin qorunması sahəsində bütün ölkələri bir araya gətirək. Bu baxımdan COP-un əhəmiyyəti müstəsnadır. Çünki təxminən 2 ilə yaxın 200-ə qədər ölkənin nümayəndələri bu dəbdəbəli konfransda iştirak edəcəklər. Burada vacib qərarların veriləcəyi gözlənilir. Amma, danışdığım qərarlar barədə hələ ki, məlumatımız yoxdur. Azərbaycan artıq bu tədbirə ev sahibliyi etməklə həm də göstərir ki, dünya ölkələri sırasında ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri ilə bağlı mübarizədə liderə çevrilib. Bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi də paralel olaraq vətəndaş cəmiyyəti institutlarının qrant vasitəsilə maliyyələşmə sxemini həyata keçirməyi planlaşdırır. Bu istək də vətəndaş cəmiyyəti nümayəndələrinin mühüm işlərə cəlb edilməsi məqsədini daşıyır".
Ekoloq əlavə edib ki, COP-29-dan başqa digər beynəlxalq konfransların da Azərbaycanda keçirilməsi gözləniləndir:
"Məsələ burasındadır ki, COP-29-la bərabər olaraq Azərbaycanda həm də çoxsaylı ətraf-mühitə həsr olunmuş tədbirlər həyata keçirilir. Bu gün də Azərbaycanda Gənclər Forumu keçirilir. Bu forum dünyanın müxtəlif ölkələrindən gəlmiş və həmin ölkələri təmsil edən 160-a yaxın gəncin iştirakı ilə reallaşır. Əlbəttə ki, gənclər də ətraf mühitin qorunması istiqamətində öz töhfələrini ortaya qoyacaqlar və bu konfransda onlar gələcək əməkdaşlıq cizgilərini hazırlayırlar. Bundan əlavə, Azərbaycana xeyli beynləlxalq vətəndaş cəmiyyətinin üzvlərinin gələcəyi gözlənilir. Onlar cürbəcür yerlərə səfərlər edəcəklər, Azərbaycanda ətraf-mühitin, iqlimin qorunması ilə əlaqədar işlərlə tanış olacaqlar və bu da təbii ki, ölkəmizin beynəlxalq miqyasda tanınmasında öz köməyini edəcək".
Mövzuya münasibət bildirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov da azxeber.com-a açıqlamasında deyib ki, paytaxt Bakı etibarlı və uğurlu formada ev sahibliyi etməsi fonunda irimiqyaslı tədbirlər üçün kifayət qədər cazibədar məkandır:
COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…"Müasir beynəlxalq qeyri-sabitlik zəminində Azərbaycanda təhlükəsiz mühit, o cümlədən yaranan yeni geosiyasi konfiqurasiyada özünü qlobal güc mərkəzi kimi təsdiqləməsi ölkəmizi dünyamiqyaslı təbirlər üçün ideal məkana çevirir. Üstəlik Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, habelə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə uğurlu fəaliyyəti, eyni zamanda Avroviziya, İslam Həmrəyliyi Oyunları, eləcə də digər çoxsaylı tədbirlərə təhlükəsiz, etibarlı və uğurlu formada ev sahibliyi etməsi fonunda Bakı irimiqyaslı tədbirlər üçün kifayət qədər cazibədar məkandır. Siyasi əhəmiyyətinə görə yalnız BMT Baş Assambleyasının əsas sessiyaları ilə müqayisə oluna bilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı keçirildiyi zaman dünyanın siyasi nəbzi məhz tədbirin baş tutduğu məkanda döyünür. Ən azı ona görə ki, tədbir 150-dən artıq ölkənin dövlət və hökumət başçıları, həmçinin bütün iri qlobal təsisatların rəhbərlərinin, o cümlədən bir qayda olaraq BMT Baş katibinin iştirakı ilə reallaşır.
Digər tərəfdən, iqlim dəyişikliyi ilə müasir mübarizə tendensiyaları və iqtisadi güc mərkəzləri arasında qarşıdurma fonunda Konfransın qlobal təsir gücünü təsəvvür etmək çətin deyil. Bu mənada, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə növbəti dəfə böyük etimad və hörmətin birmənalı ifadəsidir. Lakin unutmamalıyıq ki, 2023-cü il dekabrın 15-də keçirilmiş müşavirədə Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı". Xüsusən lokal antiterror tədbirlərindən cəmi 2 ay yarım sonra COP29-un Bakıda keçirilməsinə dair yekdil qərar bizim haqlı mövqeyimizə verilən qiymət və  bir sıra Qərb subyektlərinin qeyri-adekvat və ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsidir".
Deputat hesab edir ki, Azərbaycanın COP-a ev sahibliyi etməsi özünün beynəlxalq məsuliyyətini dərk edən qlobal güc kimi təqdimatı olacaq:
"Digər tərəfdən, özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi "təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvüdür. Bütün bunların fonunda, hansısa beynəlxalq subyektin, yaxud hansısa qərəzli psevdo-siyasətçinin bəyanatları artıq qəbul olunmuş qərarın mahiyyətinə təsir edə bilməz. Əksinə COP29-a ev sahibliyi həm də yeni reallıqda Azərbaycanın beynəlxalq hüququn aliliyininə sadiq, ədalətə inanan və özünün beynəlxalq məsuliyyətini dərk edən qlobal güc kimi təqdimatı olacaq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc edilib.
COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti nədir? - Dünyanın 150-dən çox ölkəsi…

Siyasi       Tarix: 31 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbayca

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbər metbuat ensonxeberler cəbhədən xəbər