Cüdoçumuzdan yarışda nümunəvi davranış - VİDEO
Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında təqdirəlayiq davranışı ilə diqqət mərkəzinə düşüb.
KONKRET.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 19 yaşlı idmançı 1/4 finalda gürcüstanlı rəqibi Tornike Poladişvili ilə qarşılaşmada qalib gəlib.
Onun yerinə yetirdiyi fənddən sonra Poladişvili ayağında ağrılar hiss edib. Nəticədə həkim rəyindən sonra referi görüşü dayandırmalı olub.
Talıbov yeriyə bilməyən rəqibini çiyninə alaraq, yarış meydanından kənara çıxarıb. Tamaşaçılar onun davranışını alqışlarla qarşılayıblar.
Qeyd edək ki, Vüqar Talıbov Avropa çempionatında yarımfinal görüşündən də qalib ayrılaraq, finala yüksəlib. Həlledici qarşılaşmada rəqib ukraynalı İvan Kutenkova qalib gəlib.
Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və həmin il Avropa Kubokunda 66 kq çəki dərəcəsində qızıl medal qazanıb."Report"

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu