Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDI

Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDITürkiyənin Malatya şəhərində baş vermiş dəhşətli zəlzələnin azərbaycanlı qurbanı- İnönü Universitetində tibb üzrə uzmanlıq təhsili alan Gündüz Nəzərzadənin ölümü onu tanıyan hər kəsə üzüntü yaşadıb.
azxeber.com xəbər verir ki, Gündüz Nəzərzadəyə dərs demiş Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva keçmiş tələbəsinin ölümündən sarsılıb.
Müəllim bu gün başlamış tədris ilinin yaz semestrində Gündüzü bir daha xatırladığını və onun ölümü ilə barışa bilmədiyini bildirib:
"Bu gün fevralın 16-da 2022-2023-cü il tədris ilinin yaz semestrinin ilk dərs gününə başladıq. İlk dərs günüm əczaçılıq fakultəsinin 1-ci kurs tələbələriylə idi. Sözün açığı bütün müəllim kollektivimizin, təhsil dalınca qardaş Türkiyəyə gedib, zəlzələ nəticəsində həlak olan və dünən gecə vətənə cənazələri dönən gənclərimizin acı faciəsinin təsiri altında olması, məni də hədsiz kədərləndirdiyindən, ilk dərs üçün auditoriyaya daxil olanda, baxışlarım düz 3 il bundan əvvəl mərhum tələbəmiz Gündüz Nəzərzadənin oturduğu yerə dikildi. Dərsimizə Gündüzün və bu faciədə həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladıq və onlara Allahdan rəhmət dilədik. Amma bütün dərs boyu nakam gəncimizin surəti gözlərimin önündən çəkilmədi. Dərsdən sonra Gündüzün tələbə yoldaşlarıyla əlaqə saxladım və Sumqayıta gedib, mərhumun doğmalarına baş sağlığı verməyi özümə borc bildim. 
Mərhumun yas yerinə çatanda ilk olaraq atası Mübariz bəylə görüşdüm. Fiziki görünüş baxımından cüssəli və qamətli şəxs olan ata, bu ağır dərdin ağırlığından sanki bükülmüş, gözləri isə ağlamaqdan qızararaq " qan çanağına" dönmüşdü. Özümü təqdim etdikdə göz yaşlarını saxlaya bilməyən ata: "Müəllimə, Allah sizdən razı olsun, sizi görüncə bir daha anladım ki, deməli Gündüz hər kəs kimi müəllimlərinin də sevimlisi olub"
Gündüzün atası gizli qalan bəzi məqamları müəllimə ilə bölüşüb:
"Gündüzgil 4 azərbaycanlı olaraq, bir mənzildə yaşayırdılar. Binanın yaşayış üçün yararsız olması barədə deyilənlər doğru deyil. Gündüz zəlzələ baş verən zaman yuxuda olub, heç oyanmayıb, elə yuxudaykən həlak olub. Yaxşı ki, elə yuxuda olub, o fəlakətin qorxusunu yaşamayıb. Bir gün əvvəl 1000 manat yarımillik təhsil haqqını göndərmişdim. Gündüz pulu aldıqdan sonra mənə zəng edərək təşəkkür etdi və ilk dəfə olaraq bu kəlməni işlətdi "ata, haqqını halal elə və mənə halallıq ver". Mən bu sözü eşidəndə bir anlıq düşündüm ki, bu uşaq niyə birdən-birə mənə belə söz dedi… Anasına çox bağlı idi, gün ərzində anasıyla bir neçə dəfə telefonla danışardılar. Fevral ayının 5-i mənim doğum günüm idi. Sonuncu dəfə bu münasibətlə danışdıq. 6-na kecən gecənin bir aləmi Gündüzün bir dostu anasına zəng edərək, bu acı xəbəri, zəlzələ baş verdiyini ona deyib. Onların yaşadığı binada xeyli ailə yaşayırmış. Zəlzələnin ilk anında yalnız bir neçə nəfər bayıra qaçıb xilas ola bilib". 
Aidə Bəndəliyeva Gündüzün anasının hazırki vəziyyətindən də yazıb:
"Mübariz bəylə söhbət zamanı ATV kanalının çəkiliş qrupu orada idi. Mərhumun atası müsahibə verməkdən qəti imtina edərək, "Qoy oğlum haqqında müəlliməsi danışsın. Bu, bizim üçün bir təsəllidir" dedi. Mən tələbəm haqqında xatirələrimi danışdıqdan sonra, Gündüzün yaşadığı mənzilə, qadınların yanına getdim. Məni qarşıayan Gündüzün nənəsi Jenya xanım və xalası Şəfa xanım mənə sarılaraq, acı göz yaşları axıtdılar. Mən çəkinə- çəkinə anası Vəfa xanımı soruşdum. Nənəsi dedi ki, qızıma sakitləşdirici iynəsi vurulub hazırda, onun təsiri altındadır. Yaşlı nənə göz yaşları içərisində Gündüzün ona zəng vuraraq zarafatla " Nənə gələndə sənə rəqs müəlliməsi tutacam ki, sən rəqs etməyi öyrətsin ki, toyumda oynayasan" deyə ağladı. Nəvəsinin bizimlə olan tələbəlik illərinin şəkilini onlara göndərməyimi xahiş etdi. Bunu da özü üçün kiçik bir təsəlli olduğunu deyib, boynuma sarılıb, hönkürdü… Mənsə təsəlli üçün yalnız bir cümlə deyə bildim " Allah səbir versin! Vətən sağ olsun!"
Qeyd edək ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalaraq həlak olublar.
Ayşən
Dağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDIDağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDIDağıntılar altından meyiti tapılan Gündüzün atası oğlu ilə son dialoqundan DANIŞDI

Sosial       Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub

İyunun 22-də paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə boğulan dörd nəfərdən biri - Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir. xəbər verir ki, P.Məcidovun atası Zöhrab Məcidov "Teleqraf"

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərində hərbi yürüşlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrini

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq. 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq. Belə ki, "Əmək pensiyaları haqqında"

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü

Mingəçevirdə 35 yaşlı kişini döyüb öldürdülər - FOTO

İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub. 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanay

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum cəbhədən son xeber xeber.az son xeberler son xeber 2026