Dağlıq Qarabağın statusu məsələsi yoxdur - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları məlum olub.
Publika.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə "Hayastan" (Ermənistan - red) blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib.
O qeyd edib ki, görüş gərgin keçib:
"Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ – red) varmı, o, (Nikol Paşinyan- red) "yox" cavabını verdi. Ona xitabən dedim: sən, əslində, 23-24 gün "biz qalib gələcəyik" qışqırdın, indi deyirsən ki, kapitulyasiyaya imza atacaqsan. Cavab verdi ki, vəziyyət belədir və ondan əvvəlki rəhbərlik yaxşı miras qoymayıb".
Deputat əlavə edib ki, kapitulyasiya Ermənistanın məhv olması deməkdir.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək