Daha bir COVID-19 peyvəndinin kütləvi istehsalına başlandı
İngiltərənin "AstraZeneca" dərman şirkəti Oksford Universiteti ilə birlikdə hazırlanan COVID-19 peyvəndinin istehsalına başlayıb.
Publika.az xəbər verir ki, "AZD-1222" adlı peyvənddən hökumətin tələbi ilə 30 milyon ədəd hazırlanacaq.
Qeyd edək ki, peyvəndin kliniki sınaqları ABŞ, Braziliya, Cənubi Afrika və İngiltərədə aparılır. 30 min könüllünün qatıldığı sınaqlara rəğmən, peyvənd hələ də kütləvi istehlak üçün təsdiq edilməyib.
Oksford Peyvənd Qrupunun direktoru Endryu Pollard peyvəndin etibarlılığı və təhlükəsizliyinə dair kifayət qədər araşdırma bilgisi olduğunu açıqlayıb.
"AZD-1222" peyvəndinin hazırlanmasında şimpanzelərdəki adenovirus mənbə götürülüb. Bu adenovirusun genetik kodu dəyişdirilərək inyeksiya edilir.
İngiltərənin Səhiyyə naziri Matt Hankok peyvəndin gələn ilin ilk aylarında kütləvi istifadəyə verilə biləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya "Sputnik V" peyvəndinin kütləvi istehsalına başlamışdı.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA