Daha bir güləşçimiz FİNALDA
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
KONKRET.az xəbər verir ki, dördüncü yarış günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib – 10:0. Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olub – 12:5. Nəsirova yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenə uduzub. Türkan bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşəcək.
Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüggerə 6:3 hesabıyla qalib gəlib. Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabıyla üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Jalə həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşacaq.
Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya məğlub olub.
Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə "tuş"la uduzub. Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, fransalı Kendra Daçerlə qarşılaşacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi