Daha bir xəstəliyin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Daha bir xəstəliyin müalicəsi icbari tibbi sığorta ilə qarşılanırKron mədə-bağırsaq sisteminin ağız boşluğundan düz bağırsaq da daxil olmaqla istənilən sahəsini zədələyə bilən xroniki iltihabi xəstəlikdir. Bu xəstəlik zamanı iltihabi proses bağırsaq divarında eroziya və xoraların əmələ gəlməsinə səbəb olur.
KONKRET.az xəbər verir ki, bunlar bağırsaq xərçənginin yaranma ehtimalını artırır.
Erkən diaqnoz və düzgün müalicə ilə bu riski minimuma endirmək, zədənin geniş sahə almasının qarşısını almaq mümkündür. Müalicə vaxtında edilmədikdə bağırsaq keçməzliyi, qanaxma, anemiya (qan azlığı), vitamin və mineral maddələrin çatışmazlığı, immun sisteminin zəifləməsi, oynaq, göz, dəri və qaraciyər xəstəlikləri yarada bilir.
Kron xəstəliyinin müayinəsi, stasionar terapevtik müalicəsi və ağırlaşmalar zamanı həyata keçirilən cərrahi əməliyyat icbari tibbi sığorta ilə qarşılanır.
Xəstəliyin diaqnostika və terapevtik müalicəsi qastroenteroloq, cərrahi əməliyyat isə ümumi cərrah tərəfindən aparılır. İxtisaslı həkim müayinəsi, USM, MRT, KT, qan, nəcis, kron-kolit paneli və digər laborator analizlər, qastroskopiya, irriqoskopiya, kolonoskopiya, nazik və yoğun bağırsağın açıq və qapalı biopsiyası və cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.
Müalicə adətən konservativ üsul, yəni dərmanların qəbulu ilə başlayır və effektiv olmadığı hallarda cərrahi müdaxilələrlə davam edir. Cərrahi əməliyyat zamanı bağırsağın zədəli hissəsi çıxarılır və sağlam bağırsaq ucları birləşdirilir (bağırsaq rezeksiyası, anastomoz qoyulması) və ya bağırsağın bir ucu qarının ön divarına tikilir (ileostomiya, kolostomiya). Əməliyyat zamanı stasionarda yatış, qidalanma, istifadə edilən dərman, tibbi sərf və anesteziya xidməti icbari tibbi sığorta hesabına qarşılanır.
İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.
Məlumat üçün bildirək ki, kron xəstəliyi gənclərin xəstəliyi hesab edilir, daha çox 15-35 yaşlı insanlarda rast gəlinir. Bu xəstəliyin başlıca yaranma səbəbi immun sisteminin disfunksiyası – bağırsaq florasına, bağırsağa daxil olan qidaya, normal bağırsaq hüceyrələrinə patoloji immun cavabıdır. Yəni, immun sistemi həmin amilləri yanlışlıqla yad amillər kimi qəbul edərək məhv etməyə çalışır və nəticədə iltihab, selikli qişada eroziya və xora inkişaf edir. Bundan əlavə, genetik meyillilik, ailə anamnezi, bakterial və virus mənşəli bağırsaq infeksiyaları, qidalanma və ətraf mühit, tütün istifadəsi kimi amillər də xəstəliyin yaranma səbəblərindəndir. Kron xəstəliyi kəskin qarın ağrısı və sancılar, davamlı ishal, qanlı nəcis, çəki itkisi, qızdırma, yorğunluq, ağızda yaralar, anal nayihədə çatlar və digər simptomlarla müşahidə olunur.

Sağlamlıq       Tarix: 28 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri cəbhədən görüntüleri son xəbərlər azərbaycanda xəbərlər