"Daha böyük kluba getmək fikrim yoxdur" - Qurban Qurbanov
"Qarabağ"dan ayrılmaq və daha böyük kluba getmək kimi fikrim yoxdur.
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində deyib.
Mütəxəssis Ağdam klubu ilə arasında xüsusi bağ olduğunu söyləyib: "Bura mənim ikinci, bəlkə də birinci evimdir. Çünki burada öz evimdən daha çox vaxt keçirirəm. Amma gələcəkdə hər şey mümkündür. Klubda və ya sistemdə dəyişikliklər baş verə bilər. Hazırda "Qarabağ"dan ayrılmaq fikrim yoxdur. Bu komanda ilə ildən-ilə daha möhkəm olmaq və uğurlu nəticələr əldə etmək istəyirəm".
Qeyd edək ki, "Qarabağ" oktyabrın 22-də UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. Ağdam təmsilçisi III tur çərçivəsində İspaniyada "Atletik"in qonağı olacaq. "San Mames" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA