Damar tıxanmasının əsas səbəbi - "Yanmamış bostan və ya su" müalicəsi

Damar tıxanmasının əsas səbəbi -

" class="imgbcode" />İmarət_Cəlilqızı, filoloq
Yaxın günlərin birində keçmiş sinif yoldaşıma bir dərman preparatı ilə bağlı zəng etmişdim. O, kardioloqdur. Dərmanla bağlı məlumatı verəndən sonra dedi:
– Mən elə bildim Səidə müəlliməyə (əmim qızıdır) görə zəng eləmisən mənə.
Mən xəbər aldım:
– Nolub ki Səidə müəlliməyə?
– Elə bildim, xəbərin var. Müayinə olunmağa gəlmişdi. Kardioqramında ciddi dəyişikliklər var. Çox həssas olduğuna görə özünə deyə bilmədim, amma sənə deyim ki, onda infarktqabağı vəziyyət var. Yazdığım təyinata əməl eləsin, sonra mütləq damarlarını yoxlatsın. Bax, mütləq ha!.. Çox güman ki, damarlarda tıxanma var.
Axşam Səidəyə zəng etdim, hal-əhval tutdum, yanına gələcəyimi söylədim. Bir gün sonra bacımla yanına getdik və söhbət əsnasında çox sakit və soyuqqanlı tərzdə dedim:
– Səidə, dünən Ramiz doxtura bir dərmanla bağlı zəng eləmişdim, mənə dedi ki, sənin kardioqramında fəsil dəyişməsi ilə bağlı bir az dəyişiklik var, dedi, hər ehtimala qarşı bir damarlarını yoxlatsa, yaxşı olar.
Səidənin gözlərində dərhal şübhə parıltıları yarandı və tez soruşdu:
– Eləmi? Bəs daha nə dedi?
Mən tövrümü pozmadan cavab verdim:
– Dedi ki, əgər yoxlatmaq fikrində olsa, mənə deyin, "napravleni" verim.
– Bəs daha?..
Mən təbəssümlə:
– Bir də qiymətləri dedi. Bakıya gedəsi olsan, pulun bir az çox çıxacaq, yaxına getsən, bir qədər az.
Deyəsən, mənim təbəssümüm və zarafatyana ahəngim onu toxtatdı. Daha heç nə xəbər almadı. Mən də ta üstünə getmədim.
Həmin söhbətdən bir neçə gün sonra  Səidə damarlarını yoxlatmağa getdi. Aydın oldu ki, iki damarda tıxanma var, birində tıxanma daha ciddidir, amma şükür ki, açıq əməliyyata ehtiyac yoxdur. Bir həftə əvvəl damarları təmizləyib stent qoydular. İndi əməliyyatsonrası müalicə dövrü gedir.
Bəs damar tıxanmasının səbəbi nə imiş? Bir çox səbəblər vardı, amma ən əsaslı səbəb HƏDDİNDƏN ARTIQ YAĞLI YEMƏK imiş.  Səidənin bütün yeməklərinin yağı damardı həmişə. İndi isə yağsız kartof püresi yeyir, ətsiz şorba içir, yağsız bulyon içir, yağsız qatıq yeyir, dovğa yeyir… Halbuki bütün bu təamları damarlar tutulmamışdan qabaq da yeyə bilərdi və bu qədər əziyyətə qatlaşmağa da ehtiyac olmazdı. Biz deyirdik, o isə qulaqardına vururdu.
Təyinat üzrə müalicədən sonrakı müayinə zamanı həkim ona ürəyinin əməliyyatdan əvvəlki və əməliyyatdan sonrakı kardioloji sxemini göstərib dedi:
– Səidə müəllimə, bax əgər siz bu əməliyyata getməsəydiniz, böyük ehtimalla infarkt keçirəcəkdiniz. Allaha şükür ki, gecikmədik.
Sonra gülümsəyərək fərəhlə sözünə davam etdi:
– Biz suyu sizin bostanınıza o bostan yanmamışdan əvvəl buraxa bildik, çox şükür.  Yandıqdan sonra buraxsaydıq,  bu suyun bostana heç bir xeyri olmayacaqdı.
Bu əhvalatı nə üçün qələmə aldım, bilirsinizmi? İstəyirəm kimin səhhətində narahatlıq varsa, lap heç yoxdursa da, vaxtında müayinə olunsun, "bostanına" gecikmədən – "bitkilər" yanmamış su buraxsın. Çünki həkim demiş, bitkiləri yanmış bostana sonradan su buraxmağın heç bir xeyri olmaz.
"Bostanın" yanmaması isə daha çox özümüzdən –  başlıcası, qidamızdan və hərəkətimizdən asılıdır.
Hər birinizə cansağlığı diləyilə. / konkret.az

Sağlamlıq       Tarix: 04 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbər az en son xeber cebheden xeber