Danimarkalı pilot: "Bakı bizim üçün ən yaxşı tras deyil"

Danimarkalı pilot: "Bakı bizim üçün ən yaxşı tras deyil""Haas" pilotu Kevin Maqnussen Azərbaycan Qran-prisindən gözləntilərini açıqlayıb.
Publika.az xəbər verir ki, danimarkalı sürücü Bakı trasının onun komandası üçün çox da münasib olmadığını etiraf edib.
Lakin Maqnussen bu amilin ona xallar uğrunda mübarizədə maneçilik törətməyəcəyinə əminlik ifadə edib:
"Bakı trası aşağı sıxıcı qüvvəli, çoxlu uzun düz, qısa döngəlidir və aşağı səviyyəli qoşulmalara malikdir. Maraqlıdır, görəsən, biz harada olacağıq?! Bu, bizim üçün ən yaxşı tras deyil. Amma mən müsbətə köklənmişəm. Biz xallar uğrunda mübarizə aparacağıq".
Bu mövsüm yenilənmiş aerodinamika və onun Bakı trasına təsirinə gəldikdə, 27 yaşlı idmançı deyib ki, bunun böyük rol oynayıb-oynamadığını bilmir:
"Bəlkə də daha geniş DRS küncü ötmələri sadələşdirməyə kömək edəcək. Amma Bakıda bunsuz da ötməni həyata keçirmək asandır. Ona görə də hər şeyin necə alınacağına baxacağıq. İstənilən halda, Azərbaycanda həmişə çoxlu hadisə ilə zəngin maraqlı yarış olur. Biz bu mərhələni gözləyirik".
Bakı trası ümumilikdə 20 döngədən ibarətdir və 6003 metr uzunluğa malikdir.
Qeyd edək ki, bu mövsüm ilk 3 mərhələdən sonra Kevin Maqnussen 8 xalla 8-ci pillədə qərarlaşıb. O, həmin xalı martın 17-də Avstraliya Qran-prisində 6-cı yeri tutmaqla əldə edib. Konstruktorların mübarizəsində də eyni miqdarda xal toplayan "Haas" isə 7-cidir. Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. /publika.az

İdman       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı

UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Qarabağ"la Xorvatiyanın "Dinamo Zaqreb" komandaları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb. UEFA-nın rəsmi saytına istinadən xəbər veri

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri en son xeberler xəbərlər.com cebheden xeberler