Daşnakların Türkiyə heyətinə gücləri çatmasa da... - Vyana görüşündə Rubinyanın həyatı təhlükədə

Daşnakların Türkiyə heyətinə gücləri çatmasa da... - Vyana görüşündə Rubinyanın həyatı təhlükədəDaşnaklar Türkiyə heyətinə cəsarətləri çatmasa da, Ermənistanın rəsmi nümayəndəsinə sui-qəsd edə bilərlər
KONKRET.az xəbər verir ki, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın növbəti görüşü fevralın 24-də Vyanada baş tutacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Hunanyan bildirib.
Məlumat üçün qeyd edək ki, ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ də bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN bu bəyanatı dəstəkləyib. Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən isə parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib. Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutub. Sözügedən görüş Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə keçirilib.
Bu görüş tarixi terror cinayətləri ilə zəngin olan qatı millətçi, terrorçu Daşnaksütyun Partiyasının son qurultayında Türkiyə ilə təmasların dayandırılması tələbi fonunda keçiriləcək. Bu isə o deməkdir ki, məqsədinə çatmaq üçün terror aktları həyata keçirən daşnaklar Türkiyə heyətinə cəsarətləri çatmasa da, Rubinyana sui-qəsd edə bilərlər.
Belə bir təhlükə varmı? Maraqlıdır, Moskva görüşündən sonra tərəflər görüşlərin yerini niyə tez-tez dəyişir? Bunun nə mənası var? Ötən dəfə Moskvada, bu dəfə Vyanada…
Tərəflər arasında təmas qurulubsa, o zaman niyə görüşlər həmin ölkələrin özündə keçirilmir? Olmazdımı görüşlər Ankara və İrəvanda davam etdirilsin?
Daşnakların Türkiyə heyətinə gücləri çatmasa da... - Vyana görüşündə Rubinyanın həyatı təhlükədəElçin Mirzəbəyli 
Politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli yaranan suallara belə cavab verib: "Avstriya 1955-ci ildə özünün daimi neytrallığını və bloklara qoşulmamaq siyasətini elan edib və həmin dövrdən etibarən bu ölkənin paytaxtı Vyana şəhəri beynəlxalq hərbi-siyasi müzakirələr üçün platformaya çevrilib. Bununla yanaşı, ATƏT-in mərkəzi ofisi də məhz Vyana şəhərində yerləşir və bu gün beynəlxalq hüququn bir sıra mühün komponentlərini təşkil edən konvensiyalar da məhz bu şəhərdə keçirilən toplantılarda qəbul edilib. Bu baxımdan, görüş üçün Vyana şəhərinin seçilməsi təsadüfi deyil. Görüşdə iştirak edəcək şəxslərin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı hər hansı bir problemin olmayacağını düşünürəm. Avstriyanın təhlükəsizlik orqanlarının bundan daha mühüm görüş və tədbirlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük təcrübəsi var. Görüşün, öncədən ehtimal olunduğu kimi, Ankara və İrəvanda keçirilməməsinin səbəbi isə çox güman ki, Ermənistandakı daxili vəziyyətlə bağlıdır. Görünür, rəsmi İrəvan revanşistlərə əlavə fürsət vermək istəmir və digər tərəfdən, təxribatların baş verəcəyindən qorxur. Çünki İrəvanda Türkiyə nümayəndə heyətinə qarşı hər hansı bir təxribat baş verərsə, bu, müzakirələrin yarımçıq saxlanılmasına və ziddiyyətlərin daha da dərinləşməsinə səbəb ola bilər. Hesab edirəm ki, bundan sonra bir neçə görüş də hər iki ölkənin sərhədlərindən kənarda keçirilə bilər. Ola bilsin ki, münasibətlərin normallaşması ilə bağlı yekun sənəd də hansısa neytral bir ərazidə, yaxud Rusiya şəhərlərindən birində imzalansın".
Daşnakların Türkiyə heyətinə gücləri çatmasa da... - Vyana görüşündə Rubinyanın həyatı təhlükədəƏziz Əlibəyli 
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Ermənistanın göstərdiyi çabalara toxunub: "Ermənistan tərəfində bu gün nəticəyə uyğun olaraq hesablayıblar ki, Türkiyə və Azərbaycanla barışsınlar. Ümumi bir razılıq əldə olunmasına çalışırlar. Bununla Ermənistanı düşdüyü durumdan çıxarmağa cəhd edirlər. Bu proseslərin getdiyi vaxtda Ermənistanda iki paralel proseslər də gedir. 1. Ermənistan daxilindəki müxalifətin iqtidara qarşı addımlarını qeyd edə bilərik. 2. Bir də erməni iqtidarının həyata keçirdiyi tədbirləri diqqətə çatdıraq. Hansı ki, bunlar Hibrid savaşının elementləridir. Çalışırlar ki, həm Türkiyə və Azərbaycanla razılıq əldə etsinlər, həm də bunu elə fərqli şəkildə etsinlər ki, hər iki ölkənin Ermənistana müəyyən güzəştləri olsun. Ermənistan tərəfindən burada çoxlu sayda addımlar atıla bilər. Məsələn, qondarma erməni soyqırımından imtina edilə bilər. Hər iki qardaş ölkənin ərazi bütövlüyünü tanımaq da burada atılan addımlardan sayıla bilər, yəni qonşu ölkənin ərazisinə iddia etməmək. Ortada Ermənistanın nələrdənsə imtina edəcəyi məsələlər olmalıdır. Türkiyə-Ermənistan arasındakı görüşlər Moskva, lap Ankara, İrəvan, Bakı və digər mərkəzlərdə baş tuta bilər. Ona görə də xüsusi bir məkan üzərində dayanıb ona vurğu etmək o qədər də məntiqli deyil. Əslində bunlar Ermənistana öz aləmlərində fərqli platformalar tanımaq imkanı verir".
Ekspert terror məsələsini daim diqqətdə saxlamağın tərəfdarıdır: "Terror aktı hər zaman gündəmdədir. Ermənistanın xarici və daxili siyasətində, hərbi strategiyasında ciddi şəkildə tətbiq edilən bir üsuldur. Bu gün də tətbiq olunması mümkündürmü? Əlbəttə mümkündür. Çünki terror fəaliyyətləri ilə bağlı bir keçmişləri var. Son 30 ildə, eləcə də, ondan əvvəlki sovet dönəmində Ermənistana rəhbərlik edənlər daşnak təşkilatından gəliblər. Bu təşkilatların da dünya çapında hansı terror aktlarına əl atdıqları hər kəsə məlumdur. Açığı, Rubinyanı gözləmirəm. Çünki o, çox kiçikçaplı adamdır. İriçaplı şəxsə ehtiyac var. Siz gördünüz ki, Ermənistanın baş naziri özünü evə qapatdı və qeyd etdi ki, xəstədir. Amma ordu günü narazılıqların olma ehtimalı çox böyük idi. Bir sözlə, xəstəliyi bəhanəsi ilə bunun qarşısını almağa çalışdı"./Musavat.com/

Siyasi       Tarix: 09 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Ermənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunu

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir? 

Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopol ərazilərində yanacaq qiymətlərinin aşağı salınması məqsədilə bölgəyə təcili qaydada subsidiyaların ayrılmasını tapşırıb. KONKRET.azxəbər verir ki, hökumətlə keçirilən iclasd

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı

Pakistan ilə Qətər ABŞ və İranı danışıqlar masasına qaytarmaq üzərində işləyir. xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Xatırladaq ki, iyulun 8-nə keçən gecə ABŞ-ın İrana hücumları bərpa olunub. AB


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün xəbər krimnal bugun xəbər.az