David Tonoyan sirləri açacaq - İstintaq işini davam etdirir

David Tonoyan sirləri açacaq - İstintaq işini davam etdirirErmənistan cəmiyyətində xaos davam edir. 44 günlük müharibədə biabırçı məğlubiyyətdə ölkənin hərbi siyasi rəhbərliyini ittiham edən bəzi qüvvələr, Paşinyan və onun komandasının yarıtmaz işini kəskin tənqid edirlər. Məğlubiyyətdə daha çox ittiham edilənlərdən biri isə keçmiş müdafiə naziridir. Hələ müharibədən əvvəl Azərbaycanı hədələyən və "yeni müharibə və yeni torpaqlar" deyən keçmiş müdafiə naziri David Tonoyan indi həbsdədir. İl yarım əvvəl həbs edilən keçmiş nazir iyulun 5-də 44 günlük müharibəni araşdıran parlament komissiyasına müraciət edərək Nikol Paşinyanın ittihamlarına cavab vermək istədiyini bildirib.
Məhkəmə keçmiş müdafiə nazirinə avqustun 1-də 2-də istintaqda ifadə vermək üçün icazə verib və David Tonoyan bu gün komissiya qarşısına çıxarılıb. Ona ünvanlanan çox saylı suallardan əvvəl Tonayan bildirib ki, müharibədən əvvəl təhlükəli vəziyyətdən xəbəri var imiş.
Deputatların ona ünvanladığı "müharibə başlayanda harada idin?" sualını cavablandıran Tonoyan bildirib ki: "25 sentyabr 2020-ci ildə hərbi təlimlərdə iştirak etmək üçün Rusiya Federasiyasına getdim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədi ilə yenidən işgüzar səfər çərçivəsində Aİ və NATO üzvü olan ölkədə oldum. Sentyabrın 26-da axşam, müharibə başlamazdan əvvəl, təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim. Silah və hərbi texnikanın alınması davam etdirilməli idi. Eniş anında, sentyabrın 27-si səhər saatlarında Baş Mühafizə İdarəsindən müharibənin başlanması barədə məlumat verildi. Bundan sonra baş nazirlə söhbətim oldu. İki-üç saata güclə təyyarə tapıb Ermənistana qayıda bildim. Qayıdışıma əngəllər oldu. Amma həmin hadisənin təfərrüatlarını qapalı iclasda danışacam. Bir təhər Gürcüstan vasitəsilə sentyabrın 28-i səhər saat 4-də İrəvana çata bildim", – deyə Tonoyan bildirib.
Xatırladaq ki, David Tonoyan yararsız raketlərə təxminən dörd milyon yarım dollar xərcləməkdə və dövlətə külli miqdarda ziyan vurmaqda ittiham olunur.
Tonoyan bununla bağlı ittihamlara belə cavab verib: "Ermənistanda hərbi hava qüvvələrinin fəaliyyəti sıfıra bərabər idi. Bizdə ümumiyyətlə hava hücumundan müdafiə aviasiyası yox idi. Bizi gözləyən təhlükələrə Rusiya ilə əməkdaşlığa arxalanırdıq. Hərbi resursların cəlb edilməsi 1946-cı ildən 60-cı illərin əvvəllərinə qədər formalaşmış yanaşmadır. Bu, tam potensialından, əməliyyat-strateji dərinliyindən, geniş demoqrafik imkanlarından istifadə etməklə, total müharibə aparan dövlət anlayışı idi. Ermənistan Silahlı Qüvvələrini gücləndirmək üçün biz buna getdik. Amma bu doğru qərar deyildi", – deyə David Tonoyan deputatların suallarına cavab verərkən bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 01 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu